Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Boris Consonla Donald Tramp arasında telefon danışığı olub

Böyük Britaniyanın Baş naziri Boris Conson və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Boris Conson xəstəxanada koronavirusdan müalicə olunarkən ona xoş arzularını çatdıran ABŞ prezidentinə təşəkkür edib.

Boris Conson- Boris Conson

Liderlər ABŞ-ın hazırda rəhbərlik etdiyi G7 ölkələri də daxil olmaqla, koronavirusa qarşı beynəlxalq mübarizənin vacibliyi barədə razılığa gəliblər.

Bundan əlavə Boris Conson və Tramp ən qısa müddətdə ticarət müqaviləsi imzalayaraq ikitərəfli münasibətləri daha da möhkəmləndirmək qərarına gəliblər.

Qeyd edək ki, koronavirusa yoluxduqdan sonra xəstəxanada müalicə alan və aprelin 12-də evə buraxılan Consonun müalicəsi Çekuersdə Baş Nazirə məxsus iqamətgahda davam etdirilir. O, rəsmi olaraq vəzifəsinə qayıtmayıb. (Apa.az)

Son xəbərlər
Bütün xəbərlər »