Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Belarusa “qreçka” satmaqdan imtina edib

Belarus kənd təsərrüfatına xüsusi önəm verən ölkələrdəndir. Amma burada “qreçka” kimi tanıdığımız qarabaşaq çatışmazlığı var.

Bizimyol.info xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko taxıl bitkisi qıtlığından əziyyət çəkdiklərini bildirib.

Aleksandr Lukaşenko Aleksandr Lukaşenko

Dövlət başçısının sözlərinə görə, Rusiya qonşusuna qarabaşaq satmaqdan imtina edib.

Lukaşenko Bobruysk şəhərinə səfər zamanı Mogilev vilayətinin qubernatoru Leonid Zaytsevlə söhbət zamanı bu mövzuya da toxunub. O, əkin mərhələsində bu boşluğu unutmamağı tapşırıb. “Diqqət yetir ki, layiqli miqdarda məhsul yetişdirilsin. Çünki ruslar sovet dövründə olduğu kimi, bizimlə işləməkdən boyun qaçırıblar. Çox olur deyə, qarabaşağı onlardan alırdıq”, - Lukaşenko Zaytsevlə söhbətində deyib.

Aprelin əvvəllərindən Belarus özü ölkədən qarabaşaq çıxarılmasına qadağa qoyub. Qadağa soğan və sarımsağa da aiddir. Yasağın üç ay sürəcəyi bildirilir.

Lukaşenko bir müddət əvvəl Rusiya iqtisadiyyatının gələcəyinə inandığını söyləmişdi: “Ruslar nə etdiyini gözəl anlayır”.

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »