Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp Səudiyyə Ərəbistanına cavab zərbəsi hazırlayır

Dünya neft bazarında bütün markaların qiymətlərində eniş var. WTI fyuçersləri hətta mənfi saldoya düşüb.

Bizimyol.info xəbər verir ki, ABŞ prezidenti Donald Tramp buna görə Səudiyyə Ərəbistanını ittiham edib. Amerika dövlət başçısı mətbuat konfransında ərəb ölkəsindən idxal olunan neftin həcminin azaldılması ehtimalından danışıb.

Səudiyyə Ərəbistanı neftə tələbat azalandan sonra AŞB-a ixracı kəskin artırmışdı. Okeanın o tərəfinə əvvəlkinə nisbətən 4 dəfə çox – 1.46 milyon ton neft göndərilirdi. Tramp bu məsələyə baxacaqlarını deyib: “Onsuz da bizim neftimiz çoxdur”. Prezidentin sözlərinə görə, mətbuat konfransından əvvəl bu məsələni müzakirə ediblər.

Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanı

Böyük itki verən ABŞ neft şirkətləri bu fikri son vaxtlar çox səsləndirir. Ağ Ev dəstək tədbirləri çərçivəsində strateji ehtiyatlardan xammal alınması üçün hasilatın dayandırılmasına görə şirkətlərə kompensasiyanı da nəzərdən keçirir.

OPEK+ razılaşmasına görə maydan üzv ölkələr sutkalıq hasilatı 9,7 milyon barel azaltmalıdır. Təkcə Səudiyyə Ərəbistanı 2,5 milyon barel azalmaya getməlidir. Hadisələrin gedişi göstərir ki, ərəblər bu addımı daha tez ata bilər.

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »