Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aztəminatlı ailələrə yardım üçün səfərbər oldular

Füzuli rayonunda koronavirus (COVİD-19) infeksiyası səbəbi ilə evindən çıxa bilməyən və maddi baxımdan çətinliklə üzləşən ailələrə ərzaq ehtiyaclarını ödəmək məqsədilə yardım aksiyası keçirilib.

Bu barədə Bizimyol.info-ya Füzuli rayon M.Xəzani adına musiqi təmayüllü internat tipli gimnaziyanın İnformatika fənn müəllimi, ictimai fəal Mədinə Hallacova bildirib.

İctimai fəal qeyd edib ki, müxtəlif dövlət qurumları, Füzuli Rayon İcra Hakimiyyəti və sahibkarlar məcburi köçkün olan şəhid ailələrinə, əlilliyi olan şəxslərə və aztəminatlı ailələrə ərzaq yardımı çatdırıblar: “Xüsusi karantin rejimi başlayandan yardım kampaniyasına start verən “Mandarin” marketlər şəbəkəsinin rəhbəri Oqtay Kərimli 500-dən çox ailəyə ərzaq yardımı verib. Onun sosial çağırışına Füzuli rayonunda fəaliyyət göstərən mağazaların sahibləri Hafiz Rzayev və adının hallanmasını istəməyən sahibkarlar qoşularaq rayonumuzun aztəminatlı ailələrinə və qayğıya ehtiyacı şəxslərə dəstək veriblər. Yardım aksiyasının davam etməsinə könüllü qoşulan şəxslərin sayı artır. Biz ictimai fəal olaraq yardım aksiyasının davam etdirilməsi üçün rayonumuzda sahibkarliq fəaliyyəti ilə məsğul olan bütün sahibkarlari “Mandarin” marketlər şəbəkəsinin sosial çağırışına qoşulmağa dəvət edirik”.

İctimai fəal qeyd edib ki, adıçəkilən rayonun sakini olan sahibkar Səfər Novruzov isə Bakıda məskunlaşmış Füzulidən məcburi köçkün düşmüş 80 ailəyə ərzaq yardımı çatdırıb.

Ramid İbrahimov

Paylaş »
››› “Bilmək olmur ki, Ermənistanın nə qədər ərazisi qalıb”
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› Paşinyanın arvadı ilə bağlı araşdırma aparılır
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Vladimir Jirinovski: “Rusların, Moskvanın acığına Njde kimi faşistlərə abidələr ucaldılır”
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »