Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreya diktatorunun səhhəti təhlükəli dərəcədə ağırlaşıb - ABŞ kəşfiyyatı

Şimali Koreya diktatoru Kim Çen Inın səhhətində problemlər var.

Bizimyol.info xəbər verir ki, bu barədə CNN kanalına ABŞ kəşfiyyatındakı mənbələrdən məlumat daxil olub.

Xəbərdə bildirilir ki, Şimali Koreya lideri ürəyində ağır cərrahiyyə əməliyyatı keçirib və əməliyyatdan sonra vəziyyəti ağır olaraq qalır. Mənbə CNN-ə bildirib ki, ABŞ kəşfiyyatı Kim Çen Inın səhhəti ilə bağlı vəziyyəti yaxından izləyir.

Kəşfiyyatın əldə etdiyi məlumata görə, diktatorun həyatı üçün təhlükə çox ciddidir. K.Ç.In aprelin 15-də babasının ad günü tədbirlərinə qatılmayıb. Bu tədbirlərdən 4 gün əvvəl isə o, hökumət üzvləri ilə görüşmüşdü.

Başqa bir rəsmi mənbə CNN-ə bildirib ki, Kim Çen Inın səhhətində problemlərin olması dəqiq məlumatdır, amma onun səhhətinin ağırlıq dərəcəsini qiymətləndirmək hazırda çətindir.

Cənubi Koreya mətbuatının yazdığına görə, Kim Çen In ürək-damar proseduru alıb. Onun ürəyində problemlərin yaranma səbəbi isə, "həddən artıq çox siqaret çəkməsi, artıq çəki və çox işləməsi"ndən ibarətdir. Cənubi Koreyanın rəsmi şəxsləri mövzu ilə bağlı hər hansı açıqlama verməkdən imtina ediblər.

Paylaş »
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› “Meşə də azərbaycanlılara qalıb, bilmirik ki, qışda odunu haradan gətirəcəyik”
››› 111 yaşlı qoca uzunömürlülüyünə səbəb olan qəribə qidanın adını açıqladı
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› "Azərbaycanlılar heç yerə getməyiblər, əksinə, 200-300 metr də irəli gəliblər”
››› “Qərblə yaxınlaşmaq Azərbaycana Rusiyaya qarşı manevr imkanı verəcək”
Son xəbərlər
Bütün xəbərlər »