Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu ilin əvvəlindən əmək müqavilələrinin sayı artıb

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, qeyri-formal məşğulluğa qarşı mübarizə tədbirlərinin geniş miqyas alması əmək müqavilələrinin sayında davamlı artıma şərait yaradıb.

Bizimyol.info xəbər verirv ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirlik “Əmək müqaviləsi bildirişi” e-sistemindən əldə olunan məlumata əsasən, bu ilin əvvəlindən özəl sektorda əmək müqavilələrinin sayı 84,5 min artıb.

Qeyd edək ki, pandemiya dövründə sosial dəstək paketinin mühüm bir istiqaməti dövlət və qeyri-dövlət sektorunda iş yerlərinin qorunmasına, işçilərin əsassız yerə işdən çıxarılmamasına yönəlib.

Bu məqsədlə Nazirlik tərəfindən “Əmək müqaviləsi bildirişi” e-sistemi vasitəsilə işəgötürənlərə bildiriş-xəbərdarlıq göndərilib və bu istiqamətdə e-sistem üzərindən gündəlik nəzarət həyata keçirilir.

İş yerlərinin qorunmasına nail olunması ilə yanaşı, əmək müqavilələrinin sayında artım dinamikasının davam etməsi görülən kompleks sosial-iqtisadi tədbirlərin daha bir müsbət nəticəsidir.

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
Son xəbərlər
Bütün xəbərlər »