Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ötən rüb vergi orqanlarına müraciətlərin sayı azalıb

Bu ilin birinci rübündə vergi orqanlarına 53 627 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 813 müraciət və ya 15,5% azdır.

Bizimyol.info xəbər verir ki, Vergilər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müraciətlərin 49 437-si (92,2%-i) ərizə, 3 965-i (7,4%-i) şikayət, 225-i (0,4%-i) təklif olub. 24 müraciətin icrası xüsusi nəzarətə götürülüb. Baxılan 49 938 müraciətdən 81,5%-i tam, 0,2%-i qismən müsbət həll olunub.

Kameral vergi yoxlamaları ilə bağlı faktiki şikayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7% (93) azalıb.

Birinci rübdə Nazirliyin aparatına ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3% az – 6 474 müraciət daxil olub. Bunlardan 2 740-ı (42,3%) ərizə, 3 518-i (54,3%-i) şikayət, 216-sı (3,4%-i) təklif olub. 24 müraciətin icrası xüsusi nəzarətə götürülüb.

Rüb ərzində vergi orqanlarına daxil olan bütün müraciətlər qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə icra olunub. Vergi orqanlarının aidiyyəti struktur bölmələrinin və vahidlərinin rəhbərləri və digər vəzifəli şəxsləri tərəfindən ümumilikdə 1 847 vətəndaş qəbul edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

Vergilər Nazirliyinin aparatında 273 vətəndaş qəbul edilərək müraciətlərinə baxılıb.

Paylaş »
››› Hadrutun hazırkı durumu: “Azərbaycanlı hərbçilər burada futbol oynayır” – Rusiya mətbuatı
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
Son xəbərlər
Bütün xəbərlər »