Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gizli fəaliyyət göstərən “İstanbul Mall”ın sahibi cərimələnib - Video

Binəqədidə gizli şəkildə fəaliyyət göstərək “Mall” aşkar edilib, obyektin sahibi, işçilər və müştərilər inzibati qaydada cəzalandırılıblar.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, koronavirus infeksiyasının ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün ölkədə xüsusi karantin rejimi elan olunmasına baxmayaraq bəzi obyektlərin fəliyyət göstərməsi hallarına hələ də rast gəlinməkdədir.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən növbəti belə tədbir zamanı “28 May” qəsəbəsi ərazisində yerləşən, paytaxt sakini Qüdrət Alıyevə məxsus “İstanbul Mall” geyim mağazasının gizli şəkildə işlədiyi məlum olub. Obyektə baxış zamanı mağazanın sahib, orada olan müştərilər və işçilər ümumilikdə 8 nəfər müəyyən edilərək bölməyə gətirilib.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi Q.Alıyev və digər şəxslər barəsində Polis Bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək cərimə ediliblər.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »