Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda polislərdən də kronavirusa yoluxanlar var - Rəsmi açıqlama

“Koronavirusa yoluxanlar arasında polis əməkdaşları var. Gücləndirilmiş rejimdə çalışan polis əməkdaşlarının koronavirusa yoluxması normaldır”.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbua xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.

Ehsan Zahidov Ehsan Zahidov

E.Zahidov qeyd edib ki, onlar gün ərzində xidmət zamanı yüzlərlə insanla ünsiyyətdə olurlar: “İlk gündən indiyədək vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması, onların maaiflənməsi istiqamətində xidmət aparırlar. Maksimum qaydada qorunmalarına, tibbi əlcək, tibbi maskadan istifadə etmələrinə baxmayaraq, polislər də koronavirusdan sığortalanmayıblar”.

E.Zahidovun sözlərinə görə hazırda koronavirusa yoluxan polis əməkdaşlarının vəziyyəti stabildir: “Dəqiq say açıqlaya bilmərəm. Amma onların hər birinin səhhəti normaldır, müalicələri davam edir”.

Yaşlarına gəlincə, DİN rəsmisi koronavirusa yoluxan polislərin gənclər olduğunu deyib:

“Şəhərdə xidmətdə olan polislərimizin hamısı gənclərdir. Ona görə yoluxanlar da elə gənc polislərimizdir. Allahdan hər birinə şəfa diləyirik!”

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
››› İyunun 25-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »