Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Klubların məşqlərə başlaması ilə bağlı rəsmi açıqlama

"Azərbaycanda kütləvi tədbirlərin bərpası kiminsə iradəsindən asılı məsələ deyil. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkədə karantin rejimi mayın 4-dək uzadılıb".

Bunu "Report"a açıqlamasında Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib. O, hazırda idman yarışlarının bərpası kimi məsələnin gündəmdə olmadığını bildirib. İ.Məmmədov komandaların məşqlərə başlamasının nə dərəcədə mümkünlüyü barədə sualı isə belə cavablandırıb: "Mən Operativ Qərargah adından deyə bilərəm ki, hazırda gündəlikdə belə bir məsələ yoxdur".

Qeyd edək ki, Azərbaycan Premyer Liqası və I Divizionda mövsüm martın 13-dən dayandırılıb. Çempionat bərpa olunanadək ilk növbədə, futbolçulara məşqlərə başlamaları üçün də icazə verilməlidir.

Daha əvvəl Oğuzda karantin qaydalarını pozaraq futbol oynayan bir qrup şəxs cərimələnib.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ermənistanda sakinlər Gümrü-Yerevan avtomobil yolunu bağlayıb
Son xəbərlər
Bütün xəbərlər »