Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mərkəzi Gömrük Hospitalında yeni MRT cihazı istifadəyə verilib

Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsində "Philips" şirkətinə məxsus "İngenia Elition X 3.0 Tesla" gücündə yeni Maqnit Rezonans Tomoqrafiyası (MRT) cihazı istifadəyə verilib. MR koilləri ilə zəngin olan yeni MRT cihazı insan orqanizminin bütün orqan və toxumalarının müayinə etməyə və xəstəliklərin dəqiq diaqnostikasının aparılmasına imkan verir. "İngenia ElitionX 3.0T." MRT cihazı vasitəsilə baş və onurğa beyin, ürək damar sistemi, qarın boşluğu orqanları, dayaq-hərəkət sistemi orqanları, süd vəzisi və bütün növ pediatrik müayinələr aparılır.

Bizimyol.info xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat verib.

Müasir MR texnologiyasının ən qabaqcıl "Philips İngenia Elition X 3.0T" MRT cihazında mövcud olan perfuziyon MR, MR spektroskopiya, diffuziyon MR, funksional MR, MR traktoqrafiya vasitəsi ilə beyin-onurğa beyin görüntülənmələrində beyinin ən mürəkkəb xəstəliklərinin dəqiq diaqnozu mümkündür. Pediatrik yaş qrupunda beyin-onurğa beyin patalogiyalarını aşkarlamaq və diaqnozu təyin etmək üçün yeni MRT cihazı ayrıca pediatrik beyin-onurğa beyin koili ilə təchiz edilib. Eyni vaxtda bütün onurğa beyini bir dəfəyə çəkiliş etmək olur.

Ürək-damar xəstəliklərinin diaqnostikasında istifadə olunan MRT cihazı ürəyin morfoloji və funksional dəyərləndirilməsinə, xəstəliklərin aşkarlanmasına imkan verir. Uşaq ürək xəstəliklərinin MR diaqnostikasını etmək üçün cihazda pediatrik MR koilləri mövcuddur. Qeyd edək ki, bu müayinə imkanları ölkəmizdə yalnız Mərkəzi Gömrük Hospitalının "Philips İngenia Elition X 3.0T." MRT cihazında mövcuddur. Həmçinin, bu cihaz ilə süd vəzi xəstəliklərinin müayinəsi də mümkündür.

"Philips İngenia Elition X 3.0T." MRT cihazında mövcud olan zəngin koil imkanları bütün bədənin MR müayinəsini eyni zamanda aparılmasına, xüsusilə, onkoloji xəstələrdə xəstəliyin orqan və toxumalara yayılıb-yayılmadığını təyin etməkdə mütəsna əhəmiyyətə malikdir. Qapalı sahədə qorxusu olan klaustrofobiyalı xəstələr üçün MR boşluğunun geniş olması və MR otağında yerləşdirilmiş elektron monitor və işıqlanma sistemi xəstələrin rahat müayinəsinə imkan yaradıb.

Qeyd edək ki, yeni cihazda MR boşluğunun genişliyi 70 sm olub ən geniş diametrə sahibdir. MR boşluğunun geniş olması və maqnit gücünün güclü olması ağır çəkili xəstələrin bütün müayinələrinin aparılmasına imkan verir. Eyni zamanda, kiçik yaş qrupu xəstələrin sedasiyasız müayinəsi üçün xüsusi görüntü effektləri ilə təchiz edilib. Müayinə zamanı xəstələrdə narahatlıq yaradan gur səs yeni cihazda digərlərinə görə daha aşağı tembrdə və müayinə vaxtı daha qısadır.

Mərkəzi Gömrük Hospitalının tibbi cihazları sırasına ən müasir tələblərə cavab verən "Philips İngenia Elition X 3.0T." MRT cihazının əlavə edilməsi, bura müraciət edən pasiyentlərin diaqnostik müayinələrinin və müalicə prosedurlarının keyfiyyətinin yüksəldilməsinə şərait yaradacaq.

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Qaqauziya - Türkiyə-Rusiya qarşıdurmasının yeni mərkəzi!
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
››› Nəhəng raket nəzarətdən çıxdı: Hansı şəhərlərə düşə bilər
››› Müharibə iştirakçılarının intihar hallarının qarşısı necə alınmalıdır...
Son xəbərlər
Bütün xəbərlər »