Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polisə xəsarət yetirməyə cəhd edən tutulub

Karantin qaydalarını pozan və polisə xəsarət yetirməyə cəhd edən şəxs saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmətdə olan zaman küçədə gəzən bir nəfərə yaxınlaşaraq icazə və şəxsiyyətini təsdiq edən sənədlərini tələb etdikdə o, polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq onlara müqavimət göstərib.

Polislər həmin şəxsi intizama dəvət edib, sakitləşdirməyə çalışsa da, ancaq o, qanunsuz hərəkətlərinə davam edərək bıçaqla polisə xəsarət yetirməyə cəhd edib. Lakin polis əməkdaşlarının cəld hərəkəti və çevikliyi nəticəsində həmin şəxs zərərsizləşdirilərək istifadə etmək istədiyi soyuq silahla birlikdə Polis Şöbəsinə gətirilib.

ŞRPŞ-də onun şəhər sakini Sənan Yusifov olduğu müəyyən edilib. S.Yusifovun karantin rejimi qaydalarını pozaraq icazəsiz küçəyə çıxdığı və yüngül dərəcəli sərxoş olduğu məlum olub.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş »
››› Almaniyadan deportasiya olunan azərbaycanlılar Bakıya gəlib çıxmadı
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Van Dammın oğlu azərbaycanlı qızla evləndi - Foto
››› Travmatologiya xəstəxanasında Qarabağ qazisini döyüblər - Video
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› “Putinin əl-qol açmasının səbəbi Qərbin maymaq liderləridir”
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »