Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİM: Buraxılış və qəbul imtahanları birləşdirilə bilər

“Hamının bir dəfə pulsuz imtahanda iştirak etmək qaydası qalır. Şərait imkan versə, iki dəfə imtahan keçirərik. Amma bu şərait olmasa və bizə deyilsə ki, bu tarixdə həm buraxılış, həm qəbul imtahanı keçirilsin, onda imtahan bir dəfə olacaq”.

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlər üçün keçirdiyi onlayn mətbuat konfransında deyib.

M.Abbaszadə hələlik konkret qərar olmadığını bildirib: “Hələ dəqiqliklə deyilməyib ki, imtahan 1 ay ərzində olmalıdır, yoxsa 2 ayda. Ümidvarıq ki, 2 dəfə keçirə bilərik”

DİM sədri qeyd edib ki, imtahan proqramları elan olunub: "Bunun əsasında da imtahanın məzmunu hazırlanır. İmtahan tarixini və sənəd qəbulunun tarixini yalnız mayın 4-dən sonra elan edə biləcəyik”.

O bildirib ki, qəbul imtahanlarını həmişəki formatda keçirə bilmək də sualdır: “Biz sanitar gigiyenik qaydalara etməliyik. Qiymətləndirməni də ədalətli aparmalıyıq. Bunun üzərində kollektiv çox ciddi işləyir ki, bu şərait imtahanın ədalətli olmağına təsir göstərməsin. Təbii ki, qəbul imtahanları ən kütləvi imtahanlardır. Uzun illər gənclər hazırlaşırlar. 1988-90-cı illərdən başlayaraq Sovet sistemində davamiyyət pozulmuşdu, bizim respublikada qaçqınlar var idi. Uşaqlar məktəbə getmirdi. 20 yanvardan sonra yarım il dərs olmamışdı. 1993-cü ildə də payızda qəbul imtahanı verilmişdi. Amma o zamanlarda da qəbul imtahanları keçirilirdi. Virusla mübarizə aparan xalqımız, dövlətimiz mütləq qələbə qazanacaq. Bütün bəşəriyyət bununla mübarizə aparır. İlk məsələ gənclərin sağlamlığını qorumaqdır. Kaş ki, elə zaman olsun, kütləvi imtahan edək. Kütləvi edə bilməsək də, qiymətləndirmə ədalətli olacaq".

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› Paşinyan: “Ermənistanda Azərbaycana işləyən qüvvələr var və onların adını da çəkmək olar”
››› Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »