Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəraitdən istifadə edib hücuma keçməliydik - Açıqlama

Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək. Görüş videobağlantı formatında baş tutacaq.

XIN-in məlumatında deyilir ki, tərəflər COVID-19 pandemiyası ilə mübarizə aparıldığı hazırkı vaxtda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin irəli aparılması yollarını müzakirə edəcəklər. Maraqlıdır yeni nə gözləmək olar? Ermənistan tərəfi koronavirusa baxmayaraq Qarabağda qondarma seçki də keçirdi, atəşkəsi də dəfələrlə pozdu.

Elşən Manafov Elşən Manafov

Politoloq Elşən Manafov Bizimyol.info-ya bu görüşlə bağlı verdiyi açıqlamada bildirib ki, əslində bu görüşə lüzum yox idi, Azərbaycan koronavirusun yaratdığı şəraitdən istifadə edib, Qarabağda hücuma keçməliydi.

“Separatçı rejimin martda keçirdiyi seçkilərdən sonra, problemin həlli istiqamətində danışıqların aparılmasına şəxsən mən lüzum görmürəm. Ermənistan baş nazirinin keçən il avqustun 5-də verdiyi “Qarabağ birmənalı şəkildə Ermənistanındır, heç bir danışıdan söhbət gedə bilməz” şəklində bəyanatından sonra danışıqlar aparılmasına gərək yox idi. Azərbaycan ya danışıqları dayandırmalıydı, ya da yeni bir formata keçməliydi. Çox təəssüf ki, davam etdirildi.

Düzdür, dövlət başçısı Valday klubunda, Münhen konfransında Paşinyanın cavabını verdi. Amma Ermənistanın problemin həllinə konstruktiv yanaşması dəyişmədi. Mən hesab edirəm ki, hazırda dünyanın bütün siyasi elitalarının koronavirusla məşğul olduğu, diqqətin pandemiya və onun yaratdığı fəsadlara yönəldiyi şəraitdə problemin hərbii müstəvidə həllinə imkan yaranıb və biz bundan istifadə etməliyik. Biz deyirik ki, Azərbaycan ordusu regionun ən güclü ordusudur, hərbi məsrəflərimiz Ermənistan büdəsindən çoxdur. Bu ordu öz gücünü göstərməlidir. Biz bu müddətdə hərbi münaqişəni başlatsaq, danışqılar prosesində üstün tərəf kimi iştirak edə bilərdik. Koronavirus dünyanın idarə edilməsinə yeni perspektivlər yaradır və bundan öz ölkəsinin xeyrinə istifadə etmək hər bir ölkənin siyasi elitasının borcudur.Ermənistan tərəfini bizimlə istədiyimiz kimi danışıqlara məcbur etmək lazımdır. Biz durub-oturub deyirik Ermənistanda sosial vəziyyət gərgindir. İnsanlar Paşinyan rejimindən narazıdır və s. Bunun müqabilində bizim Xarici İşlər Nazirliyimizin süst mövqeyi xalqda birmənalı olmayan suallar doğurur.Məncə prezidentin qoyduğu çağırışlara XİN rəhbərliyi cavab verə bilmir. İndiki şəraitdə həm hərbi, həm diplomatik konteksdə hücuma keçib Ermənistanda öz şərtlərimizi diktə etməliyik. Şərait yetişib, seyrçi mövqedə dayanmaq bizim itkimiz deməkdir”,-deyə politoloq bildirib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »