Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİM sədri: "Yeni imtahan qrafiki təyin olunanda Təhsil Nazirliyi ilə razılaşdırılacaq"

“Dərslərin 2 ay olmaması uşaqlara psixoloji cəhətdən təsir edir, amma bu, o demək deyil ki, onlara bu dərsləri mənimsəməmək üçün şərait yaradılmayıb”.

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlər üçün keçirdiyi onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, martın 1-nə qədər bütün məktəblərdə tədris prosesi davam edib. Karantin rejimi elan olunandan sonra yeni 159 dərs təzədən DİM-in "Youtube" kanalına yerləşdirilib: "Kimsə hansısa mövzunu vaxtında keçməyibsə, həmin mövzunu bizim kanalda tapa və baxa bilər. Hər bir dərsi təxminən 7-10 dəqiqə mənimsəmək mümkündür. Təbii ki, kiminsə "Youtube"yə girmək imkanı olmaya bilər. Eyni zamanda hamıda dərsliklər var, müxtəlif vəsaitləri də əldə etmək üçün onlayn sifariş mümkündür".

M. Abbaszadə deyib ki, yeni imtahan qrafiki təyin olunanda Təhsil Nazirliyi ilə razılaşdırılacaq: “Əsas məqsəd ədalətli olmağı qoruyub saxlamaqdır. Buna hər kəs əmin ola bilər”.

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
Son xəbərlər
Bütün xəbərlər »