Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sayənizdə pandemiyaya qalib gələcəyik”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə gələn vətəndaş məktublarından:

Hörmətli cənab Prezident.

Mən Sizi kimi rəhbərlə fəxr edirəm. Qarabağ müharibəsinin veteranıyam, hazırda müəllim kimi çalışıram. Hər dəfə şagirdlərimə dövlətimizin inkişafından, Ulu Öndərdən, Sizin Azərbaycan üçün etdiklərinizdən bəhs edəndə qürur hissi keçirirəm.

Siz daim xalqı düşünürsünüz. Bu ağır günlərdə isə qayğınız daha da artıb. Bu günləri Sizin rəhbərliyinizlə alnıaçıq başa vuracağıq və mən şagirdlərimə Sizin bu mübarizədə xalqımızı necə qorumağınız haqqında söhbətlər edəcəyəm.

Allah Sizi bizə çox görməsin.

Dərin hörmətlə,

Mehtiyev Emin Əvəz oğlu

Azərbaycan Respublikası, Biləsuvar rayonu.

Çox dəyərli və hörmətli cənab Prezidentimiz.

Ölkəmizdə yayılmaqda olan COVID-19 pandemiyasının qarşısını almaq üçün gördüyünüz çoxsaylı tədbirlərə görə sizə minnətdarlığımı çatdırıram.

Mənim 69 yaşım var, təqaüdçüyəm. Bu ağır günlərdə Azərbaycan xalqının hər bir ailəsini öz ailəniz kimi gördünüz. Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın mənfi təsirləri minimuma endirilib. Buna görə Sizə təşəkkürümü bildirirəm. Allahdan sizə uzun ömür və cansağlığı arzu edirəm.

Hörmətlə,

Qafarova Qunça Mustafa qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.

Hörmətli cənab Prezident.

Sizə bu məktubu yazmaqda məqsədim Azərbaycanın bir gənc vətəndaşı olaraq, Sizə minnatdarlıq etməkdir.

Dünyanın bu çətin vəziyyətində bizə öz qayğınızı əsirgəmirsiniz. Bu çətin günlərdə bir çox ölkələrin öz vətəndaşlarına göstərmədiyi qayğını Siz Azərbaycan vətəndaşlarına göstərirsiniz. Bunun üçün atam həmişə bizə “Azərbaycanlı olduğunuz üçün özünüzlə fəxr edin” deyir. Bu sevgi və qayğını bizə Siz bəxş etmisiniz. Siz heç zaman heç bir vətəndaşı yaddan çıxarmırsınız, biz tələbələrə də öz qayğınızı göstərirsiniz.

Sizə öz adımdan və ailə üzvlərim adından dərin təşəkkürümü bildirirəm. Allah Sizdən razı olsun.

Hörmətlə,

Cəfərli Şəhriyar Bəxtiyar oğlu

Azərbaycan Respublikası, Masallı rayonu, Hüseynhacılı kəndi.

Hörmətli cənab Prezident.

Cəbhə bölgəsində yaşayan vətəndaşlar olaraq inanırıq ki, Sizin və Mehriban xanım Əliyevanın güclü iradəsi və qətiyyətli siyasəti nəticəsində biz mövcud pandemiyaya tez bir zamanda qalib gələcəyik. Sizin atdığınız addımlar artıq öz səmərəsini verməkdədir. Bir neçə gündür pandemiya ilə bağlı açıqlanan statistika nikbinliyə əsas yaradır.Kim bilir, bəlkə də bir çoxları üçün qarşısıalınmaz olan bu düşmənə qarşı qələbəmiz bizim növbəti zəfərlərimizin başlanğıcı olacaqdır. Sizin sayənizdə yağı düşmənə də qalib gələcəyimizə və işğal altında olan torpaqlarımızı azad edəcəyimizə ümid edirik.

Uca Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Fərəcova Yeganə Elman qızı

Füzuli rayonundan məcburi köçkün

Azərbaycan Respublikası, Füzuli rayonu, Horadiz şəhəri.

Paylaş »
››› Almaniyadan deportasiya olunan azərbaycanlılar Bakıya gəlib çıxmadı
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Van Dammın oğlu azərbaycanlı qızla evləndi - Foto
››› Travmatologiya xəstəxanasında Qarabağ qazisini döyüblər - Video
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› “Putinin əl-qol açmasının səbəbi Qərbin maymaq liderləridir”
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »