Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tibbi maskalarla bağlı mübahisəli yanaşmalar davam edir - Həkimdən açıqlama

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yanaşması mübahisələrə səbəb olub. Təşkilat bildirir ki, tibbi maska yalnız xəstələr tərəfindən istifadə olunmalıdır ki, xəstəliyi ətrafdakılara yaymasınlar.

Amma küçədə gəzib-dolaşan insanlardan kimin xəstə, kimin sağlam olduğunu bilmək mümkün deyil. Xəstəliyin inkubasiya dövrü 14 gündür və bu müddətdə simptomsuz davam edə bilər. Hətta xəstəliyi ümumilikdə simptomsuz keçirən, xəstələndiyini özü də bilməyən adamlar da var. Ona görə də bir çox Asiya ölkələrində, o cümlədən bir sıra Avropa ölkələrində ictimai yerlərdə maska taxılması hamı üçün məcburidir. Bu qaydanın effektli olduğu barədə açıqlamalar da var. Amma ÜST yenə də öz fikrində qalır. Bu arada artıq ABŞ ÜST-ü bacarıqsız qurum elan edib və maliyyələşməsini dayandırmaq qərarına gəlib.

“Əhalinin əksər hissəsinin küçədə taxdığı tibbi maskalar, adi cərrahi maskalardır. Belə maskalar sadəcə baryer rolunu oynayır və sizi kənar adamların ağız suyu və öskürək damcılarından qoruyur”.

Bunu Bizimyol.info-ya açıqlamasında həkim-farmakoloq Uluslararası Complete-Pharma Europe əczaçılıq şirkətinin export departamentinin direktoru Müşfiq Hüseynov deyib.

Müşfiq Hüseynov Müşfiq Hüseynov

Həkim qeyd edib ki, virus epidemiyasından qorunma vasitələri və növləri haqqında artıq hər kəsdə məlumat var: “Ümumdünya Səhiyyə Təşkilatının tələb və məsləhətlərində deyilir ki, tibbi maska ancaq xəstələr tərəfindən istifadə olunmalıdır. Sağlam adamlar ancaq öskürdüyü və asqırdığı halda, xəstələrlə kontaktda olduğu və ya onlara yardım etdiyi hakda maska taxmalıdır. Amma unutmaq lazım deyil ki, qorunma kompleks tədbirdir. Əgər siz maska taxıb əlinizi yumursunuzsa, bunun əhəmiyyəti qalmır, yəni maska taxmamışdan və çıxardandan sonra mütləq əllər yuyulmalıdır. Çıxardığınız maskanı heç bir halda stolun üstünə və ya uşaqların əlinin çatdığı yerə qoymayın”.

M.Hüseynov bildirib ki, əhalinin əksər hissəsinin küçədə taxdığı maskalar adi cərrahi maskalardır: “Belə maskalar sadəcə baryer rolunu oynayır və sizi kənar adamların ağız suyu və öskürək damcılarından qoruyur. Belə maskaların istifadə müddəti 1, bəzi hallarda 2 saatdır. Heç bir halda maskanı cibinizə qoyub, sonra təkrar istifadə etməyin, bu sizə ancaq zərər verəcək. Heç bir maska sizi tam qorumaz, hətta respirator FFP-2, FFP-3 maskaları belə sizi 95-96 faiz qoruya bilər. Deməli, mütləq qaydada dezinfeksiya və çox vacib faktor olan sosial məsafəyə riayət etmək lazımdır”.

Ramid İbrahimov

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »