Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində əhaliyə yarasa və siçovul yemək qadağan edildi

Uhan şəhərindki heyvan bazarından yayıldığı iddia edilən koronavirus pandemiyası ilə əlaqədar Çində bir sıra qadağalar tətbiq edilməyə başlayıb. Bu qadağalardan biri də çinlilərin çox sevdiyi iki yeməyin, yarasa və siçovul ətinin qadağan edilməsidir.

Bizimyol.info-nun məlumatına görə, xüsusən Bambu siçovulu adı verilən və çinlilərin fikrinə görə güclü protein mənbəyi olan bambuk siçovullarının ovlanması və yeyilməsi, satılması ciddi qadağan olunub.

Yarasa Yarasa

Uzunluğu 50 santimetrə, çəkisi 11 kiloqrama çatan bambuk siçovulları çinlilərin ən sevdiyi heyvan hesab olunur. Bazarlarda bu siçovulların biri diri halda 1000 yuana ( təxminən 300 manata) satılır.Restoranlarda bişmiş bambu siçovulunun bir porsiyası 280 yuana təqdim edilir.

Çinin Şenzem şəhərində may ayından etibarən pişik və it ətinin yeyilməsi də qadağan olunacaq.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »