Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neft qiymətlərində rekord eniş: Daha dünya heç vaxt əvvəlki kimi olmayacaq

Dünən gecə WTI markalı neftin fyuçerslərinin qiyməti 94,66% düşərək bir barel üçün bir dollardan aşağı olub. Başqa sözlə, neft bir gecədə 310 faiz ucuzlaşıb. Bu, tarixdə ilk dəfə qeydə alınmış record səviyyədə aşağı göstərici idi. Hazırda WTI markalı neftin qiyməti 1,36 dollar təşkil edir.

Bizimyol.info bu barədə London ICE birjasının ticarət məlumatlarına istinadən məlumat verir. Ekspertlərin fikrincə, qiymətlərin bugünkü enişi emosional xaratker də daşıya bilər.

WTI markalı Amerika neftinin qiyməti tələbatın daha da azalması və neft anbarlarının erkən doldurulma qorxusu fonunda birja ticarət tarixində ən güclü eniş yaşayıb.

Bazar iştirakçıları OPEC+ razılaşmasına baxmayaraq, bazardakı təklifin tələbi xeyli üstələyəcəyindən qorxurlar.

Milli Məclisin deputatı, iqtisadçım alim Vüqar Bayramlının fikirnə görə, bu artıq yeni dünya düzəninə cəhd kimi də dəyərləndirilə bilər. O, Bizimyol.info-ya verdiyi açıqlamada qeyd edib ki, artıq digər birjalar da dalğalanır.

Vüqar Bayramov Vüqar Bayramov

“Dünya iqtisadiyyatında yeni “oyun qaydaları” müəyyənləşməkdə davam edir. Hazırkı böhrandan sonra dünyanı yeni sürprizlər gözləyir. Əvvəlki dövr isə xəyal olaraq qalmaqdadır. Həm siyasi, həm də iqtisadi kontekstdən dünyada yeni düzən qurulmaqdadır və artıq ilk hazırlıq başa çatmaq üzrədir”.

Natiq Cəfərli Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli əmindir ki, may ayında neftin qiymətində yüksəlmə olmayacaq. “Bir müddət anbarlarında nefti toplamış şirkətlər ucuz neftdən istifadə edəcəklər, yəni uzun müddət yenə istehsal istehlak tələblərini üstələyəcək.Ən yaxşı halda ilin sonuna doğru neft 25-30 dollara qədər yüksələcək” ,- deyə o qeyd edib.

Ramil Abbasov Ramil Abbasov

İqtisadçı Ramil Abbasovun fikirnə görə isə bu hal anormal vəziyyət hesab olunub gün sonuna qədər davam edə bilər.”Sadəcə iqtisadiyyata şok vemrəklə prosesi tənzimləmək istəyirlər. Bu qədər tez dəyişmə mümkün deyil. Artıq stereotipi qırdılar. Heç kimin ağlına gəlməzdi ki neftin qiyməti mənfi olar. Artıq hamı ehtiyatlı davranacaq Məntiqi də nəzərə alacaqlar”.

İlhamə Rəsulova

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »