Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistanda koronavirusa yoluxanların sayı 18 mini ötdü

Hindistanda son sutka ərzində koronavirusa yoluxanların sayı 1,3 min nəfər artıb.

“Report”un RİA “Novosti”yə istinadən məlumatına görə, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi bildirib.

Qeyd edilir ki, indi ölkədə 18 601 koronavirus xəstəsi var.

Bu göstəriciyə hazırda müalicə edilən 14 759 xəstə, sağalmış 3 251 insan, habelə dünyasını dəyişmiş 590 nəfər, eləcə də ölkədən getmiş 1 xəstə aiddir.

Hindistanda koronavirusa ən çox yoluxma ölkənin mərkəzindəki Mahraştra ştatında aşkar edilib. Burada bir gün ərzində 463 yoluxma qeydə alınıb. Paytaxt Dehlidə 2 081 yoluxma təsdiqlənib. Son bir gün ərzində daha 78 nəfərin COVID-19 daşıyıcısı olduğu üzə çıxıb.

Xəstələrin siyahısına görə üçüncü yerdə ölkənin qərbində yerləşən Qucarat ştatı qərarlaşıb. Burada 1 939 koronavirus xəstəsi var. Onlardan 196-sı dünən aşkar edilib.

Qeyd edək ki, ötən gün ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 17 265 nəfər təşkil edib.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
››› XİN: AİHM-in Ermənistanın 11 vətəndaşının dərhal sərbəst buraxılması tələbini rədd edən qərarını alqışlayırıq
››› Putin 56 nəfərə general rütbəsi verib
Son xəbərlər
Bütün xəbərlər »