Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampın Ramazan açıqlaması ABŞ müsəlmanlarını qəzəbləndirib - Video

ABŞ prezidenti Donald Trampın Ramazanla bağlı açıqlamasını ölkə müsəlmanları birmənalı qarşılamayıb.

Onların fikrincə, dövlət başçısı bayram günlərində İslam əhlinin özünü adekvat aparması ilə bağlı narahatlığı doğru deyil. Tramp sərt ifadələr işlətməsə də, müsəlmanlar qəzəbli görünür.

Bizimyol.info xəbər verir ki, Amerikalı-İslam Münasibətlər Birliyinin direktoru Nihad Avad “Deutsche Welle”yə müsahibəsində narazılığını ifadə edib. Onun fikrincə, Tramp illərdir xristian olmayanları aşağılayır: “Biz elmi diqqətlə izləyirik. Sosial məsafəni gözləyirik. Ramazan ayı boyunca məscidlər bağlı qalacaq. Heç bir problem ola bilməz. Elm adamlarının tövsiyələrinə uymayan məhz Tramp özüdür. Virusa yoluxanların və ölənlərin sayından görünür ki, necə də uğursuz prezidentdir. İstəyir ki, diqqəti bundan yayındırıb seçkilərə yönəltsin”.

ABŞ dünyada koronavirusdan ən çox itki verən və yoluxanların sayına görə hamını geridə qoyan ölkədir. İndiyə qədər burada 770 mindən çox vətəndaşda infeksiya aşkarlanıb. Azı 41 min nəfər həyatını itirib.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyada virusa yoluxanların sayı 2,5 milyona çatır. Virus 168 mindən çox insanın həyatına son qoyub.

Paylaş »
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Koçaryan: “Azərbaycanı qıcıqlandırmaq yox, danışıqlar üçün qapıları açıq saxlamaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »