Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliya özünə gəlir: virusa yoluxanların sayı kəskin azaldı

İtaliya koronavirusla mübarizədə müsbət nəticələr göstərməyə başlayıb. Virusa yoluxanların sayı dayanmadan azalır.

Bizimyol.info xəbər verir ki, İtaliyada martın 10-dan sonra yoluxma statistikasında ən aşağı göstərici qeydə alınıb. Son sutka ərzində cəmi 2256 nəfərdə infeksiya aşkar olunub. İndiyə qədər bu ölkədə virusa yoluxanların sayı 181 min 228-ə çatıb.

Ölənlərin sayında isə hələlik böyük azalmadan danışmaq olmur. Son sutkada daha 454 nəfər həyatını itirib. Beləcə, ümumi say 24 min 114-ə çatıb.

İtaliyada sutka ərzində 400-dən az ölüm axırıncı dəfə martın 17-də qeydə alınmışdı. Həmin gün infeksiya 345 nəfərin həyatına son qoymuşdu.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyada 2,45 milyon nəfərdə virus aşkarlanıb. Xəstələrin təxminən 168 mini həyatını itirib.

İtaliya dünyada virusa yoluxanların sayına görə üçüncü, ölüm göstəricilərində isə ikinci yeri tutur.

Paylaş »
››› Zəngəzurda gərginlik: “Azərbaycanlılar gölün yanındadır” – Ermənistan mətbuatı
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› ABŞ Azərbaycan və Ermənistana çağırış etdi
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Livandan İsrailə raketlər atılıb
››› Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik müzakirə edildi
Son xəbərlər
Bütün xəbərlər »