Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ümumdünya Səhiyyə Təşkilatı hökumətlərdən daha çox pul tələb edir

Ümumdünya Səhiyyə Təşkilatı müdafiə olunur”, - “Der Spiegel” belə yazır. Almaniya qəzetinin bildirdiyinə görə, beynəlxalq qurum G20 ölkələrinin səhiyyə nazirlərinin görüşü ərəfəsində hökumətlərə ittiham ünvanlamaqla yanaşı, həm də daha çox pul tələb edir.

Bizimyol.info xəbər verir ki, jurnalist Markus Beker Ümumdünya Səhiyyə Təşkilatının işlərinin yaxşı getmədiyini yazır. “Təkcə ona görə yox ki, Donald Tramp qurumu qurban verir, maliyyələşdirməni dayandırır, həm də ona görə ki, təşkilatın zəif tərəfləri çılpaqlığı ilə görünməyə başlayıb”, - məqalədə belə deyilir.

Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, hökumətlər pandemiyaya qarşı mübarizədə ciddi boşluqlara yol verib. Qurum bu mübarizədə öz rolunu xüsusi vurğulayır və daha böyük investisiyaya ehtiyac olduğunu bildirir.

“Der Spiegel” yazır ki, Ümumdünya Səhiyyə Təşkilatının tərtib etdiyi 16 səhifəlik sənəddə ölkələrin epidemiyaya qarşı mübarizəyə pis hazır olduğu əksini tapıb. Qurum hətta yüksək səhiyyə sektoru ilə öyünən ölkələrin bu dövrdə yaxşı təsir bağışlamadığını bildirir.

“Der Spiegel” onu da yazır ki, sənəddə çox sərt tənqid yer alıb. Almaniya nəşrinin fikrincə, birbaşa hədəf kimi həm də Donald Tramp və başqa tənqidçilər götürülüb. Ümumdünya Səhiyyə Təşkilatının sənədində yazılıb: “Çatışmazlıqlar haqqında çoxsaylı mütəxəssislər və təşkilatlar çoxdan xəbərdarlıq etmişdilər. Hələ 2019-cu ilin sentyabrında BMT-nin Baş Assambleyasında mümkün pandemiya haqqında hesabat təqdim olunmuşdu. Amma heç bir tədbir görülmədi”.

Ümumdünya Səhiyyə Təşkilatında düşünürlər ki, bu dəfə 2008-ci ildəki böhrana olan reaksiya görünməyib. “Der Spiegel” vurğunu daha çox qurumun Trampın açıqlamalarından qəzəblənməsinə edir.

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Umayra Tağıyeva qadınlara müraciət edib
Son xəbərlər
Bütün xəbərlər »