Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aviaşirkətlər sərnişin təyyarələrində heyvan daşımağa başlayıb

Koronavirus avişirkətlərə çox böyük zərbə vurdu. Bu sektorda işlər tamamilə dayanıb. Bir çox şirkətlər hətta özünü müflis elan edib.

Bizimyol.info xəbər verir ki, sərnişin təyyarələrində heyvan daşımağa başlayıblar. “Twitter”də paylaşılan bir neçə video bundan bəhs edir. Türkiyə səhifələrindən birində yerləşdirilən görüntülərdə təyyarə salonunda quşlar gözə dəyir. Amma sosial şəbəkələr avişirkətlərin heyvan daşımağa başlamasından çox yazır.

Türkiyə səhifələrində məsələyə yumorla yanaşıblar. Rəylərin birində “quşlara halal olsun, sosial məsafəni qoruyurlar” yazılıb.

Qərb mətbuatının yazdığına görə, heyvan daşımağı özünə daha çox loukosterlər sığışdırır. Bu aviaşirkətlərin böyük büdcəsi olmadığından, böyük sıxıntı yaşayırlar. Məsələn, “Ryanair”in ləğv edilən biletlərin pullarını ödəyə bilməməsi, mümkün qədər zaman qazanmağa çalışması haqda çox yazılır.

Koronavirus ilk dəfə keçən ilin dekabrında Çində aşkar olunmuşdu. Dünyada 2,4 milyon insanda infeksiya ortaya çıxıb, 170 minə qədər xəstə həyatını itirib.

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »