Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa karantindən imtinaya doğru: əksər ölkələrdə şərtlər yumşalıb

Avropanın əksər ölkələri karantin rejimindən imtinaya doğru gedir. Şərqi Avropada şərtləri xeyli yumşaldıblar.

Bizimyol.info xəbər verir ki, köhnə qitənin bir çox ölkələrində həyat bərpa olunur. Uşaq bağçaları, məktəblər fəaliyyətini bərpa edir. “Euronews”un reportajında daha çox Şərqi Avropadakı vəziyyətdən danışılıb.

Polşada parklar və meşə zonaları insanların sərəncamına verilib. Ticarət mərkəzləri hər 15 kvadratmetrə bir müştəri düşmək şərti ilə işləyə bilər. Kilsələrə getmək icazəsi verilib.

Çexiyada son bir ayda ilk dəfə bazarlar işə başlayıb. İdmançılar da məşqlərə başlaya bilər. Amma yalnız kiçik qruplar şəklində. Praqa sakinlərindən biri deyir ki, bazarda satıcılarla ünsiyyət çox xoş təsir edir. Lap sosial məsafə olsa belə. Çexiya hökuməti söz verir ki, yumşalma siyasəti davam edəcək.

Slovakiya öz sərhədlərini açmağa başlayıb. Koronavirus testi ilə bağlı uyğun sənədi göstərən istənilən adam sərhəddən keçə bilər. Xüsusilə tibb işçilərinə maneə yaradılmır.

Şərqi Avropa ölkələrində koronavirusla bağlı vəziyyət faciəvi deyil. Polşada 9.4, Çexiyada 6.7, Slovakiyada 1.1 min nəfərdə virus aşkarlanıb.

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »