Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus dövründə daşınmaz əmlak bazarında vəziyyət

Koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində əhalinin işgüzar fəallığının məhdudlaşdırılması tədbirləri ümumilikdə daşınmaz əmlak bazarına təsirsiz ötüşməyib.

Bu barədə Bizimyol.info-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirib.

Nüsrət İbrahimov Nüsrət İbrahimov

Ekspert bildirib ki, daşınmaz əmlak bazarında alqı-satqı əməliyyatları sıfıra yaxınlaşıb: “Mənzil bazarında alqı-satqı tam dayanıb. Bu o deməkdir ki, daşınmaz əmlak bazarında qiymət dəyişikliyi müşahidə edilmir.

Postpandemiya dövründən sonra bizə iki ay lazım olacaq ki, biz daşınmaz əmlak bazarında dəyərləndirmək apara bilək-pandemiyanın bazarda qiymətlərə təsir edib-etmədiyini müəyyənləşdirək. Bu gün isə onu dəyə bilərik ki, koronavirus bazarda aktivliyə mənfi təsir göstərib”.

Tikinti materialları bazarı üzrə mütəmadi olaraq monitorinqlər aparan N.İbrahimov qeyd edib ki, yaşayış və qeyri-yaşayış sahələri üzrə aparılan tikintilərdə aktivliyin müşahidə edilməməsi tikinti bazarında durğunluğa səbəb olub.

Ekspert qeyd edib ki postpandemiya dövründə daşınmaz əmlak bazarında vəziyyət neftin dünya bazarında qiymətindən asılı olacaq: “Əgər neftin qiymətləri birjalarda bahalaşsa, daşınmaz əmlak bazarında qiymətlər stabil olaraq qalacaq. Yox, əgər neftin qiymətləri ucuzlaşmağa davam edəcəksə, daşınmaz əmlak bazarında da qiymətlər ucuzlaşacaq”.

Ramid İbrahimov

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »