Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Koronavirus insanın qanını da zədələyir
Laboratoriya

Koronavirus insanın qanının tərkibini zədələyə bilər. O, xəstəliyi ağır keçirən pasiyentlərdə hemoqlobin və eritrositlərə hücum edir.

Bizimyol.info bu məlumatı Verona Universitetinin alimlərinin apardıqları tədqiqatlara istinadən verir. Alimlərin fikrinə görə, ağciyərlərin süni havalandırma aparatları ağır koronavirus xəstəliyi zamanı faydasız ola bilər, çünki belə xəstələrdə hemoqlobinin səviyyəsi kəskin şəkildə azalmış olur. Bununla əlaqədar olaraq həkimlər xəstələrdə ilk başda hemoqlobinin səviyyəsinin ölçülməsini vacib hesab edirlər. Əgər hemoqlobin azdırsa, xəstəliyin xeyli irəliləməsi faktı var.

“Təcili şəkildə araşdırma aparılmalıdır. Qan köçürmə bu xəstələrdə faydalı ola bilər. Bu bir ehtimaldır, lakin araşdırılmalıdır”,- deyə veronalı alimlər qeyd ediblər. Bu eyni zamanda başqa şübhələri də üzə çıxarıb. Koronavirusdan sağalmış şəxslərin qan plazmasının xəstələrə köçürülərək müalicə olunması məsələsi də bir qədər ehtiyatlı yanaşma tələb edir.

İlhamə

Paylaş »
››› Bakıda virusla mübarizə aparan həkimlərin narazılığı: “Bizi aldatdılar...”
››› Çənədə və cibdə gəzdirilən maskalara görə də cəza veriləcək...
››› DİN-dən metroda baş verən hadisəyə münasibət
››› Avropa ölkəsi bütün turistləri qəbul edir: Azərbaycandan gedənləri karantin gözləyir - Video
››› Kəbirə Məmmədova satıcılardan işləmədikləri ayların pullarını tələb edir
Son xəbərlər
Bütün xəbərlər »