Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xüsusi karantin rejimi pozan "hərbçi" saxlanılıb - Video

Gəncədə özünü hərbiçi kimi təqdim edərək xüsusi karantin rejimi pozan şəhər sakini saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları şəhər ərazisində xüsusi karantin rejimi ilə əlaqədar xidmət apararkən hərbi geyimli bir nəfər şəxsin qeyri-adekvat hərəkətlərinə görə hərbiçi olması şübhə doğurduğundan saxlanılaraq ərazi üzrə polis bölməsinə gətirilib. Araşdırmalar zamanı müəyyən edilib ki, əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini 23 yaşlı Muradov Kirill Elman oğlu xüsusi karantin rejiminin qaydalarını pozmaq və şəhər ərazisində sərbəst şəkildə hərəkət etmək üçün hərbi forma geyinib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
Son xəbərlər
Bütün xəbərlər »