Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fikrət Yusifov: Koronavirus bir xəbərdarlıqdır

“İnsan övladı nəticə çıxarda bilməsə, mütləq COVİD 20 və COVİD 21-i gələcək və onda COVİD 19-un sadə bir xəbərdarlıq olduğunu hər kəs yaxşı anlayacaq”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri İqtisad elmləri doktoru, professor Fikrət Yusifov səsləndirib. Alim bu dəfə koronavirus pandemiyasına deyil onun fonunda dünyada yaşanan aclıq və ifrat dərəcəyə çatdırılan toy ənənələrindən danışıb.

Fikrət Yusifov Fikrət Yusifov, iqtisad elmləri doktoru, professor

“Dünyada qida çatışmazlığı səbəbindən hər gün on milyonlarala insanın acından öldüyü bir dönəmdə, insanların etdikləri ifrat israfçılığın nə demək olmasından danışmaq gərəkdir. Dünyada insanların etdikləri israfçılıqlardan çoxlu nümunələr gətirmək mümkündür. Lakin mən bu gün onlardan ikisi haqqında danışacam. Milyonların aclıq keçirdiyi bir dönəmdə, insan övladının böyük “təmtəraqla” təşkil etdiyi toy və yas məclislərində yol verilən israfçılıq necə izah oluna bilər? Bir insan bir axşam şam yeməyində 15-20 növ yemək yeyə bilərmi? Bir insanın şam yeməyi normalda nə qədər xərc tutar? Bir toy masasının dəyəri 500 manat ola bilərmi? Bu qədər pula bir orta böyüklükdə olan zooparkın heyvanlarını bir gün ərzində yemləmək olar. Əzizini qəflətən itirmiş bir kasıbın təşkil etdiyi yas məclisində məclisdə 1000 adamın “iştirakı”, sonradan bu adamın illərlə borc ödəməsi deməkdir! Belə ehsan dünyasını dəyişmiş əziz bir insanın ruhunu nə qədər şad edə bilər? Suallar çoxdur. Mən 2016-cı ilin ortalarında kasıb həyat tərzi keçirən uzaq bir qohumun övladının toy məclisinə dəvət olunmuşdum. Toyun sonuna yaxın masaların üzərində bu toyda iştirak edənlərin ehtiyacından on dəfədən çox yeməyin qaldığını görüb heyrətləndim. Əslində bu yenilik deyildi və məni təccübləndirən isə o idi ki, bir neçə gün öncə həmən o “500 manatlıq” masası olan bir toyda da buna bənzər mənzərənin şahidi olmuşdum. Bu günlərdə oxudum ki, islam ölkələrinin birində qardaşlar gedib illərlə xaricdə çalışır və pul yığırlar ki, “ ailə qurmaq üçün növbəsi çatan qardaşa “el adəti ilə” təmtəraqlı toy edə bilsinlər. Şərqdən bununla bağlı daha bir eybəcər misal: Hindistanda toyun təmtəraqlı keçməsi üçün orada daha çox insanın iştirakını təmin edən xüsusi ixtisaslaşmış kompaniyalar fəəaliyyət göstərir. Toy sahibi bu kompaniyalara böyük pullar ödəyir ki, onlar toya daha çox adam dəvət etsinlər. İnsanlığın faciəsi... Hindistanda aclıqdan hər gün nə qədər adam ölür? Yəqin ki, belə toylara dəvət olunan yad qonaqlardan on dəfələrlə çox! Bütün bunlar pozulmuş insan pisxologiyasının məhsuludur – buna başqa ad vermək olmaz!

Bu gün dünyada 850 milyon və ya hər 9 adamdan biri aclıq keçirir.

Bu qədər insanın 550 milyona qədəri və ya 65%-i təmtəraqlı məclisləri ilə fərqlənən Asiya ölkələrinin payına düşür.

270 milyona qədər insan Afrikada aclıq içində yaşayır.

Hər il dünyada aclıqdan 6 milyon uşaq ölür...

Düşünmək üçün bu rəqəmlər yetərli deyilmi? Koronavirusun insan övladına düşünmək üçün verdiyi fürsət bir dəfə olacaq... İnsan övladı nəticə çıxarda bilməsə, mütləq COVİD 20 və COVİD 21-i gələcək və onda COVİD 19-un sadə bir xəbərdarlıq olduğunu hər kəs yaxşı anlayacaq”,- deyə o qeyd edib.

İlhamə

Paylaş »
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib
Son xəbərlər
Bütün xəbərlər »