Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Karantin qaydalarını pozaraq balıq ovlayanlar saxlanılıb

Karantin qaydalarını pozaraq “Taxtakörpü” su anbarında balıq ovlayan beş nəfər saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN mətbuat xidmətindən verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin və Baş Mühafizə İdarəsinin Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayında 4-cü bölüyünün əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi qaydalarını pozaraq Şabran rayonu ərazisində yerləşən “Taxtakörpü” su anbarından balıq ovlayan beş nəfər saxlanılıb. Araşdırmalarla onların Sumqayıt şəhər sakinləri Fariz Məmmədov, Eldar Cəfərov və Səbuhi İsmayılov və Şabran rayon sakinləri Ziya Şükürov və Şirin Hüseynov olduqları müəyyən edilib.

Məlum olub ki, həmin şəxslər E.Cəfərovun idarə etdiyi “Lada” markalı nəqliyyat vasitəsi ilə su anbarı ərazisinə gizli yollarla daxil olaraq, oradan balıq ovlamaq istəyiblər. Həmin şəxslərə məxsus tilovlar, eləcə də dörd ədəd ovlanmış balıq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şabran RPŞ-də araşdırmalar aparılır.

Paylaş »
››› ABŞ Rusiyaya qalib gəldi : "Paşinyan Moskvanın vasitəçiliyini qəbul etməyəcək"
››› Oleq Kuznetsov: “Rusya Təhlükəsizlik Şurasının iclası çağırılacaq.., Azərbaycan güc nümayiş etdirəcək”
››› Kuznetsov: “Rusiya mətbuatı ermənilərə satılıb”
››› Türkiyə milli komandasının futbolçuları Bakıda niyə dava salıblar...
››› German Kulikovski: “Ermənistan Qərbə yönələcək, Rusiya Qarabağdan çıxarılacaq”
››› Paşinyan təkbaşına hökumət qurmaq imkanı qazandı
››› “Paşinyan anlayır ki, Rusiya və İran ölkəni faktiki işğal edib”
Son xəbərlər
Bütün xəbərlər »