Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnfeksionist: Koronavirus özünü qəribə aparır

Rusiyalı infeksionist koronavirusun qəribəliklərindən danışıb. “Koronavirus özünü qəribə aparır”. Rusiya İnfeksion Xəstəliklər İnstitutunun kafedra müdiri professor Vladimir Nikiforov belə bəyanatla çıxış edib.

Bizimyol.info RİA Novosti-yə istinadən xəbər verir ki, professor virusun bu günə qədər mövcud olan klassik patogenez ORVİ epidemiyasının qanunları ilə hərəkət etmədiyini söyləyib.

Vladimir Nikiforov Vladimir Nikiforov

“Ağciyərlərlə xəstənin əhvalı arasındakı ziddiyyət anlaşılmazdır. Kompyuter totmoqrafiyasında xəstənin ağciyərinin şəklinə baxırsan, düşünürsən ki, o ya ölüb ya da minimum reanimasiyada olmalıdır. Xəstə isə özünü yaxşı hiss edir. Lakin bu aldadıcıdır. Bir müddət sonra o anidən dəyişir və faciəvi sonluq başlayır.

Bundan başqa əvvəllər pnevmoniya rentgen şəkillərində yaxşı izlənilirdi, onu görmək olurdu, lakin koronavirus infeksiyasında ağciyərlərin iltihabı görünmür. Biz yeni bir şeylə üz –üzəyik. Mən demirəm o dəhşətlidir, sadəcə anlaşılmazdır. Anlaşılmaz olan şeyər isə bizə həmişə qorxulu görünüb”,- deyə infeksioniust qeyd edib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »