Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Postpandemiya dövründə yeni ixtisaslar yaranacaq - Ekspert

“Pandemiya həyatımızın hər bir sahəsinə kökündən təsir etdi. Xəstəlik səbəbindən kütləvi ölümlərə, beynəlxalq bazarlarda neft qiymətlərinin kəskin azalmasına, iqtisadiyyatın bir çox sektorunda böyük həcmdə çöküşə səbəb oldu. Lakin sözsüz ki, ciddi narahatlıq yaradan məsələlərdən biri işsizlikdir.

Aparılan hesablamalara görə pandemiyadan xüsusilə zərərçəkən sahələr otellər, aviaşirkətlər, restoranlar, alış-veriş mərkəzləri və mağazalardır. Nəticədə sadalanan sahələrdə çalışan bir çox insan iş yerlərini itirə bilər. Artıq dünyanın bir çox nəhəng şirkətləri virus səbəbilə öz işçilərini qısamüddətli və ya uzunmüddətli dövr üçün işdən uzaqlaşdırıb”.

Bizimyol.info xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mütəxəssisi Nərmin Rəhimli bildirib.

Nərmin Rəhimli Nərmin Rəhimli

COVID-19 pandemiyasının dünyada məşğulluğa təsiri və postpandemiya dövründə yeni ixtisaslar məsələsini şərh edərkən bildirib.

Mütəxəssis qeyd edib ki, uzun müddətdir maliyyə və zaman çatışmazlığının bəhanə edilərək ertələndiyi rəqəmsallaşmaya tam keçid artıq iş dünyasında müzakirə olunan əsas mövzulardan biridir: “Dünyada gözlənilmədən baş verən COVID-19 pandemiyasının bu mövzuda böyük rolu olduğunu müşahidə edirik. Mövcud vəziyyət əmək bazarının bir çox sahəsində rəqəmsallaşmanı sürətləndirəcək və zəruri edəcək. Hazırda rəqəmsal baxımdan daha irəlidə olan ölkələrin bu pandemiyanın zərərlərinin öhdəsindən daha rahat gələcəyini görürük.

Virusun yayılmasının qarşısının alınması məqsədilə iş yerlərinin müvəqqəti bağlanaraq məsafədən işləmə sisteminə keçilməsi ilə milyonlarla insan evdən işləyir. Birgə telekonfranslar, videoiclaslar təşkil olunur. Bu yeni rəqəmsal qaydaların vaxta və digər resurslara qənaət etdiyini, daha rahat olduğunu görən bir çox şirkətlərin işlərinə postpandemiya dövründə də bu şəkildə davam edəcəyi proqnozlaşdırılır.

Ümumən işlərin rəqəmsala keçirilməsi, istehsal texnologiyalarının avtomatlaşdırılması, yeni nəsil proqram və təchizatların inteqrasiya edilməsi, telekonfransların təşkil edilməsinin postpandemiya dövründə də iş dünyasının gündəliyində ilk sıralarda yer alacağı gözlənilir.

Postpandemiya dövründə artıq fiziki mübadilənin arxa fona, rəqəmsal mübadilənin ön plana keçəcəyini müşahidə edəcəyik”.

N.Rəhimli bildirib ki, COVID-19 pandemiyasının məşğulluğa vurduğu böyük zərər əlbəttə ki, iqtisadiyyatın bərpa olunması ilə birlikdə paralel şəkildə aradan qaldırılacaq: “Lakin pandemiyanın məşğulluğun bəzi sahələrində yaratdığı müsbət irəliləyişləri də xüsusi qeyd etmək lazımdır. Bu irəliləyişlərin postpandemiya dövründə də davam edəcəyi gözlənilir. COVID-19 məşğulluğun bir çox sahələrində rəqəmsallaşmanı zəruri edəcək. Xüsusən İT sektorunda yeni ixtisasların yaranacağı, bundan başqa, insanların uzaqdan onlayn işləmə tendensiyasının postpandemiya dövründə də davam edəcəyi gözlənilir.

Baş verənlərə daha pozitiv bucaq altında baxdıqda isə onu qeyd etmək olar ki, adətən koronavirus pandemiyası kimi qəfil hadisələrin yaratdığı kəskin tənəzzüllər daha sonra sürətli bərpalar və yüksəlmələrlə əvəzlənir”.

Ramid İbrahimov

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
››› Putin 56 nəfərə general rütbəsi verib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
Son xəbərlər
Bütün xəbərlər »