Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mağazalardan oğurluq edən şəxslər saxlanılıb

Balakən Rayon Polis Şöbəsinə ayrı-ayrı vaxtlarda rayonun Talalar və Sarıbulaq kəndlərində yerləşən mağazalardan ümumi dəyəri 3500 manat olan müxtəlif ərzaq məhsullarının, siqaret və spirtli içkilərin oğurlanması barədə müraciətlər daxil olub.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törədən şəxslər müəyyən edilib.

Onların Balakən rayonu Talalar kənd sakinləri, əvvəllər də məhkum olunmuşlar – T.Hacıyev, T.Şindiyev və Qazma kənd sakini M.Əhmədov olduqları məlum olub. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Araşdırma zamanı həmin şəxslərin oğurladıqları siqaret və spirtli içkiləri T.Hacıyevin dostu, rayonun Talalar kənd sakini T.Zohorovun yaşadığı evdə gizlətdikləri müəyyən olunub. Keçirilmiş tədbirləri davamı olaraq T.Zohorovun da yaşadığı evə baxış keçirilib. Baxış zamanı evdən yuxarıda adları qeyd olunan şəxslər tərəfindən oğurlanan müxtəlif markalı siqaretlər və dibçəkdə kultivasiya yolu ilə yetişdirilən 3 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri aşkar edilərək maddi sübut kimi götürülüb. T.Zohorov da şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağla Balakən RPŞ-də araşdırma aparılır.

Paylaş »
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› İranın yeni prezidenti bəlli oldu - Foto
››› İki övladı olan şəhidin ailəsi Bakıda yeni ikiotaqlı mənzillə təmin edilib
››› “Gürcüstan və Ukrayna NATO-ya üzv ola bilər” – Qərb mətbuatı
››› Melikyan “Şuşa Bəyannaməsi” barədə: “Rusların Qarabağda uzun müddət qalması şübhəli görünür”
››› Rusiyada təyyarə qəzası: ölənlər və yaralılar var - Video
››› Qarabağ münaqişəsini kimlər yenidən başlatmaq istəyir?..
Son xəbərlər
Bütün xəbərlər »