Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliya şəhərinin meri virusa görə “Quran” oxutdu - Video

Koronavirusun ən böyük zərbə vurduğu ölkələrdən biri İtaliya oldu.

Avropa dövlətində şəhərlər hamıdan əvvəl karantinə alınmışdı. İtaliyada virusa yoluxanların sayı 200 minə yaxınlaşır, 23 mindən çox vətəndaş infeksiyadan həyatını itirib.

Bizimyol.info xəbər verir ki, Karpi şəhərinin meri virusa görə “Quran” oxudub. Hadisə müxtəlif din nümayəndələrinin şəhərin mərkəzi meydanı sayılan Martiridə iştirak etdiyi tərdbirdə baş verib. Mer Alberto Bellelli koronavirusa qalib gəlmək üçün duaya çox ehtiyacı olduqlarını deyib. Bundan sonra tədbirdə müsəlmanları təmsil edən imam Murad Səlmi “Əli-İmran” surəsini oxuyub. İmam “Quran”dan bir hissəni oxuyandan sonra “Biz müsəlmanlar bu sevimli torpaqların ayrılmaz hissəsiyik, xəstəlik üçün Allaha dua edirik” deyib.

Koronavirus keçən ilin dekabrında Çində aşkar olunmuşdu. İndiyə qədər 2,4 milyona yaxın insanda infeksiya aşkarlanıb, azı 162 min nəfər həyatla vidalaşıb.

Virus İtaliyaya fevralda ayaq açmışdı. Fevralın 2-də 3 nəfərdə infeksiya aşkar olunduğu açıqlanmışdı.

Paylaş »
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› İranın yeni prezidenti bəlli oldu - Foto
››› Ermənistan yenə Kremli ifşa etdi: Rusiyanın Xəzərdəki qüvvələri bizə kömək edirdi
››› İki övladı olan şəhidin ailəsi Bakıda yeni ikiotaqlı mənzillə təmin edilib
››› Nazir müavini əlilliyin hansı hallarda ömürlük müəyyən olunacağını açıqlayıb
››› “Gürcüstan və Ukrayna NATO-ya üzv ola bilər” – Qərb mətbuatı
››› Melikyan “Şuşa Bəyannaməsi” barədə: “Rusların Qarabağda uzun müddət qalması şübhəli görünür”
Son xəbərlər
Bütün xəbərlər »