Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yuventus" Zidanı baş məşqçi vəzifəsinə gətirmək istəyir

Turinin "Yuventus” klubu baş məşqçi postunda Maurisio Sarrinin əvəzetməsi kimi Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidanı görür.

Bu barədə “Le10sport.com” bildirib.

Məlumata görə, Zidan klubun prezidenti Florentino Pereslə pis münasibətlərə görə Madrid "Real”ını tərk edə bilər və "Yuventus" bundan istifadə etmək niyyətindədir.

Bildirilir ki, Turin klubunun nümayəndələri artıq fransız mütəxəssislə əlaqə saxlayıblar.

Zidan futbolçu karyerası ərzində 1996-cı ildən 2001-ci ilə qədər "Yuventus"da çıxış edib. O, komadanın heyətində iki dəfə İtaliya çempionu olub, 1998-ci ildə keçirilən dünya çempionatında Fransa yığmasının heyətindəki müvəffəqiyyətli çıxışından sonra "Qızıl top" mükafatı alıb. (Report.az)

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Paşinyan: “Ermənistanda Azərbaycana işləyən qüvvələr var və onların adını da çəkmək olar”
Son xəbərlər
Bütün xəbərlər »