Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp Kim Çen Indan “yaxşı məktub” alıb

ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Indan yaxşı bir məktub aldığını deyib.

Bu barədə ABŞ Prezidenti keçirdiyi brifinqdə bəyan edib.

Tramp bildirib ki, KXDR bu yaxınlarda qısamənzilli raketləri sınaqdan keçirib: "O, uzun müddətdir sınaqlar keçirir. Mən Kim Çen Indan yaxşı məktub almışam. Hesab edirəm ki, biz dil tapa biləcəyik", - ABŞ Prezidenti əlavə edib.

Trampın sözlərinə görə, əgər o, Prezident olmasaydı, ABŞ KXDR ilə müharibə edərdi: "Bu, dünyanın və həyatın necə qurulduğunu başa düşməyənlər üçündür. Ancaq mənim Kim Çen Inla yaxşı münasibətim var. Düşünürəm ki, biz yola gedirik". (Virtualaz.org)

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »