Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müəllimlərin "Virtual məktəb” layihəsinə qeydiyyatı başlayıb

Aprelin 18-dən etibarən “Virtual məktəb” portalında müəllimlər üçün açıq qeydiyyat imkanı yaradılıb.

Bizimyol.info xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, müəllimlər qeydiyyatdan keçmək üçün ilk mərhələdə “Virtual məktəb” portalında “Müəllim qeydiyyatı” bölməsini seçməli, şəxsiyyət vəsiqəsinin FİN kodu və doğum tarixini qeyd etməli, açılacaq növbəti səhifədə elektron poçt ünvanı və əlaqə nömrəsini əlavə etdikdən sonra isə siniflərin seçimini həyata keçirməlidir.

bakı səhəri təhsil idarəsi

Müəllimlər üçün “Virtual məktəb” portalında qeydiyyat könüllü xarakter daşıyır.

Qeyd edək ki, layihə üzrə qeydiyyat yalnız virtual.edu.az portalı vasitəsilə aparılır. Hər hansı digər mənbə və ya formalarda aparılan qeydiyyatların “Virtual məktəb” layihəsi ilə əlaqəsi yoxdur. Müəllimlərdən şəxsi məlumatlarını digər mənbələrə ötürməmək tövsiyə olunur.

Qeydiyyat zamanı və portaldan istifadə üzrə çətinlik çəkən müəllimlər hazırlanmış müvafiq təlimatlarla tanış ola bilərlər.

Nəzərinizə çatdıraq ki, "Virtual məktəb” portalının mobil tətbiqi də mövcuddur. Bunun üçün istifadəçilər “AppStore” və “Google Play” marketlərindən “Microsoft Teams” adlı tətbiqi yükləyib, portalda qeydiyyatdan keçə bilərlər.

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »