Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
II Elizabeth ilk dəfə doğum gününü atəşfəşanlıq olmadan qeyd edəcək

Böyük Britaniya Kraliçası II Elizabet bu il aprelin 21-də qeyd ediləcək 94 yaşı münasibətilə artilleriya atəşfəşanlığına ehtiyac olmadığını söyləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Bukingem Sarayındakı mənbələrinə istinadən ITV telekanalının redaktoru Kris Şip “Twitter” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, 68 ildir taxtın sahibi olan II Elizabet pandemiya şəraitində belə qeydetmənin yersiz olacağını hesab edir.

Qeyd edək ki, II Elizabet ənənəvi olaraq doğum gününü ildə iki dəfə qeyd edir. Onun əsl doğum tarixi aprelin 21-dir və bu tarixdə xüsusi təmtəraqlı qeydetmələr olmur. Rəsmi olaraq ad günü mərasimi (parad və xalq gəzintiləri ilə) isə iyun ayının ikinci şənbə günü qeyd olunur, çünki bu dövrdə hava yaxşı olur. Daha əvvəl xəbər verildiyi kimi, bu il ənənəvi parad da ləğv edilib.

Paylaş »
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Ərdoğan: “ABŞ-ın “erməni məsələsi”nə mövqe bildirməsi bizi çox təəssüflənidirir”
Son xəbərlər
Bütün xəbərlər »