Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran 15 ildə ilk dəfə Dünya Bankına müraciət edib

İran koronavirusla mübarizədə istifadə etmək üçün İslam İnkişaf Bankından (IDB) 130 milyon avro, Dünya Bankından (WB) isə 50 milyon avro kredit istəyib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

"Son 15 ildə ilk dəfə Dünya Bankından 50 milyon avro kredit alacağıq. Hazırlıqlar tamamlanıb, Mərkəzi Bank və İqtisadiyyat Nazirliyi kimi aidiyyəti təşkilatlar məsələni nəzarətdə saxlayır", -Səhiyyə nazirinin müavini Kamil Tekavinejad deyib.

Qeyd edək ki, koronavirusdan ən çox əziyyət çəkən ölkələrdən biri olan İran martın 12-də Beynəlxalq Valyuta Fondundan (IMF) 5 milyard ABŞ dolları məbləğində kredit istəmişdi. İrana qarşı birtərəfli iqtisadi sanksiyalar tətbiq edən ABŞ rəhbərliyinin bu tələbə qarşı çıxmış, lakin IMF-in tələbi müzakirə etdiyi açıqlanmışdı.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »