Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada azərbaycanlı sahibkar koronavirusdan ölüb

Rusiyanın Sverdlovsk vilayətinin Krasnoufimsk şəhər xəstəxanasında 54 yaşlı azərbaycanlı sahibkar koronavirusdan ölüb. O, həmin vilayətdə virusun ilk qurbanıdır.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, Natiq adlı həmin sahibkarın ölümü haqda onun tanışları bildirib. Bildirilir ki, sahibkar pnevmoniya diaqnozu ilə xəstəxanaya daxil olub və orda keçinib. Meyitin yarılması nəticəsində məlum olub ki, o koronavirusa yoluxubmuş.

“Vida mərasimindən sonra onun cənazəsini vətəni Azərbaycana apardılar. Ölənin adı Natiq idi, onu Krasnoufimsk şəhərinin sakinlərinin yarısı tanıyırdı. Vida mərasiminə çox adam gəlmişdi”,-yerli sakinlərdən biri E1.ru portalına bildirib.

Natiqin tanışı deyib ki, Krasnoufimskdə onun dul qalmış arvadı və qardaşı yaşayır. Mənbə cənazənin düən aprelin 17-də Azərbaycana yola salındığını deyib. Lakin diaqnozu elan edəndən sonra ölənin meyitini sərhəddə sanitar zonada saxlamaq istəyirlər.

Sverdlovsk vilayətində koronavirusdan ilk ölüm faktının qeydə alındığı haqda bundan əvvəl qubernator Yevgeni Kuyvaşev açıqlamışdı.

Yerli sakinlər deyiblər ki, Natiqin 54 yaşı olub və o, fərdi sahibkarlıqla məşğul idi, meyvə-tərəvəz alveri edirdi. Tez-tez Moskvaya, Kazana və Sankt-Peterburqa gedib-gəlirdi.

Paylaş »
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› Azərbaycan 44 saata Qarabağın dağlıq hissəsini terrorçulardan təmizləyə bilər
››› Hansı bizə daha yaxındır: Fələstin, yoxsa İsrail...
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Ermənistanda vəzifəli şəxslər həbs edilib
››› Ceyhun Bayramov və Lavrovun görüşünün təfərrüatı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »