Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Karantin rejimini pozanlar həbs edilib

Ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində tədbirlər davam etdirilir.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları xidmət aparan zaman Göyçay şəhər sakini Ruslan Xəlilovun icazə almadan küçəyə çıxdığını müəyyən ediblər. Ona xəbərdarlıq edilməsinə baxmayaraq, R.Xəlilov polisin qanuni tələbinə məhəl qoymayıb, qaydaları pozmağa davam etdiyinə görə, saxlanılaraq polis şöbəsinə aparılıb. Barəsində protokol tərtib edilib və rayon məhkəməsinin qərarı ilə inzibati həbs olunub.

Digər şəhər sakini Bəxtiyar Əhmədov rayon ərazisində yaradılmış giriş-çıxış postlarında heç bir icazəsi olmadan başqa rayonun ərazisinə keçmək istəyərkən saxlanılıb. O da Göyçay Rayon Məhkəməsinin qərarı ilə inzibati həbs edilib.

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› DSX-nin əsgəri özünü güllələyib
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
Son xəbərlər
Bütün xəbərlər »