Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gömrükçülər qanvermə aksiyasında iştirak ediblər

Koronavirus (Covid-19) infeksiyasının yayılmasının qarşısının alınmasında ciddi

nəticələr əldə olunmasına  şərait yaradan xüsusi karantin rejimi, sosial izolyasiya kimi

tədbirlərin reallaşdırılması zamanı bir sıra xroniki xəstəliklərdən əziyyət çəkən

insanların, o cümlədən talassemiyalı xəstələrin qan çatışmazlığı ilə üzləşməməsi

məqsədilə Heydər Əliyev Fondu qanvermə aksiyasının keçirilməsi təşəbbüsünü irəli

sürüb.

Bizimyol.info xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başlayan aksiyada Dövlət Gömrük Komitəsinin əməkdaşları da fəal iştirak edir.

Dövlət Gömrük Komitəsinin mərkəzi aparatının, Bakı Baş Gömrük İdarəsinin, Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları könüllü şəkildə   Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankında qan veriblər.

Könüllü gömrükçülər də aksiyada iştirak edib.

Ümumilikdə 120 gömrük əməkdaşı və 10 nəfər könüllü gömrükçü qan verib.

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
Son xəbərlər
Bütün xəbərlər »