Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ı etiraz aksiyaları bürüyür, Tramp da etirazçıların tərəfindədir

Karantin tədbirləri uzandıqca insanların pulu və səbri tükənir, yaşamaq çətinləşir. ABŞ-da da bu ssenari özünü doğruldub. Karantin tədbirlərindən bezən insanlar artıq etiraz aksiyaları keçirməyə başlayıblar.

Bizimyol.info xəbər verir ki, bu arada ABŞ-da prezidentlə ştat hökumətləri arasında da fikir ayrılıqları böyüməyə başlayıb. Ştat qubernatorları karantin müddətini uzatdığı halda, prezident Donald Tramp mümkün qədər tez müddətdə karantinin yumşaldılması və iqtisadiyyatın bərpasına tərəfdardır.

Donald Tramp Donald Tramp

Bəzi müşahidəçilər Trampın etirazçılara verdiyi dəstəyi də təhrikçi hərəkətlər olaraq qiymətləndirib. Məsələ burasındadır ki, Trampın son tvitləri karantin əleyhinə etirazçıların mövqeyi ilə üst-üstə düşüb. "Minnesotanı azad edin" deyə pafoslu tvitlə etirazını bildirən Tramp qubernatorlarla fikir ayrılıqlarını sürdürür. Dövlət başçısı bəzi ştatlarda karantin tədbirlərinin "həddən artıq sərt" olduğunu bildirib.

Karantin əleyhinə etirazlar, Miçiqan, ABŞ Karantin əleyhinə etirazlar, Miçiqan, ABŞ - Foto: PA Images

O həmçinin Miçiqan və Virciniya ştatları ilə də bağlı eyni mövqeyi ortaya qoyub. Adıçəkilən hər üç ştatda qubernator vəzifəsini Demokratlar Partiyasının nümayəndələri tuturlar. Yəni respublikaçı prezident xalqla həmrəylik nümayiş etdirdiyi aralarda müxalifəti vurmağı da unutmur.

"Məncə, onlar məni dinləyirlər",- deyə Tramp etirazçılar haqqında danışarkən bildirib: "Görünür, onlar da mənim kimi etirazçılardır və mənim karantinin ləğvi ilə bağlı mövqeyimə hörmətlə yanaşırlar".

Tənqidçilər Trapmı ölkədə etirazları qızışdırmaqda ittiham edirlər və bunu pandemita əleyhinə mübarizədə təhlükəli ssenari hesab edirlər. Onların fikrincə, Trampın çağırışlarının arxasında siyasi maraqlar dayanır.

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› “Lavrovun Bakı səfərində bu məsələ aktual olacaq” - Bir neçə diversantın azad olunması reallaşa bilər
Son xəbərlər
Bütün xəbərlər »