Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Millət vəkili: “Prezident vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi istiqamətində mühüm tapşırıqlar verdi”

“Azərbaycan Prezidenti Ilham Əliyevin tapşırığı ilə pandemiyanın vətəndaşlara təsirinin minimumlaşdırılması üçün tədbirlər davam etdirilir və hazırlanmış sosial paket məşğul olmayan insanlarımızın sosial təminatının gücləndirilməsinə xidmət edir. Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirlərinin iştirakı ilə keçirilən videobağlantı formatında iclasda da bununla bağlı mühüm tapşırıqlar verdi”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

V. Bayramov deyib ki, Prezidentin tapşırıqlarına əsasən, məhz məşğul olmayan, yəni işləməyən vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi ilə bağlı bir neçə proqramların icrası və bəzi icra olunan proqramların genişləndirilməsi həyata keçirilir: “Bir tərəfdən birdəfəlik ödənişlər edilir, digər tərəfdən isə bu ödənişi alan vətəndaşların sayı 600 min nəfərə qədər artırılacaq. Eyni zamanda mövcud proqramların genişləndirilməsi və daha çox vətəndaşı əhatə etməsi üçün dövlət büdcəsindən vəsait ayrılır. Pandemiya dövründə də ölkə Prezidentinin rəhbərliyi ilə atılan addımlar Azərbaycanda reallaşan siyasətin əsas hədəfinin vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi olduğunu təsdiq edir. Bu istiqamətdə artıq DOST Mərkəzləri vasitəsilə ödənişli ictimai iş yerlərinin yaradılması üçün 30 milyon manat vəsait ayrılıb. Eyni zamanda əlavə 50 min ictimai iş yerinin yaradılması nəzərdə tutulur. Bununla da ödənişli ictimai iş yerlərindən faydalanan vətəndaşlarımızın sayı 90 min nəfərə çatacaq”.

Millət vəkili qeyd edib ki, xüsusilə iqtisadi paket məşğul əhalinin sosial təminatının gücləndirilməsinə xidmət etməkdədir: “Artıq bu istiqamətdə sahibkarlıq subyektləri və eləcə də fərdi sahibkarlar tərəfindən müraciətlər daxil olur və ödənişlərin yaxın zamanlarda başlanması nəzərdə tutulur. Həmçinin özünüməşğulluq, ünvanlı sosial yardım proqramlarının da genişləndirilməsi həyata keçirilir. Bu proqramlar çərçivəsində daha çox vətəndaşımızın sosial təminatı gücləndirilir. Eləcə də dövlət başçısının sərəncamı ilə yaşı 65-dən yuxarı olan vətəndaşlarımıza xidmət göstərən işçilərin əməkhaqlarının iki dəfə artırılması ilə bağlı qərar verildi. Bu, bir tərəfdən həmin vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi baxımından vacibdir, digər tərəfdən, həmin sosial xidmətləri həyata keçirən vətəndaşlarımıza dövlətin xüsusi bir qayğısıdır”.

V. Bayramov qeyd edib ki, pandemiya dövründə həyata keçirilən sosial siyasət bir daha Azərbaycan dövlətinin hər bir vətəndaşa xüsusi diqqət göstərdiyini və vətəndaşın sosial təminatının gücləndirilməsi ilə bağlı siyasi iradəsi olduğunu təsdiq edir: “Bu isə pandemiya dövründə bir daha həmrəyliyin gücləndirilməsi anlamına gəlir. Məhz bu həmrəyliklə Azərbaycanda pandemiya dövründə koronavirusun təsir etdiyi vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi istiqamətində addımlar atılır”.

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Ərdoğan: “ABŞ-ın “erməni məsələsi”nə mövqe bildirməsi bizi çox təəssüflənidirir”
Son xəbərlər
Bütün xəbərlər »