Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimlər koronavirusun gerçək yoluxma sayını müəyyənləşdirdilər

Alimlər koronavirusa yoluxma hallarının sayının rəsmi rəqəmlərdən 10 dəfə fərqlənə biləcəyini iddia edirlər.

“Report” "RİA Novosti"yə istinadən xəbər verir ki, araşdırmanın nəticələri “medRxiv” resursunda yer alıb.

Məlumata görə, alimlər ABŞ-da koronavirusun ilk yayılmağa başladığı Kaliforniya ştatının Santa-Klara dairəsində eksperiment keçiriblər.

Onlar 3,3 min yerli sakindən koronavirusa qarşı antikorun olub-olmaması barədə analiz alıblar. Bu, daha öncə koronavirusa neçə nəfərin yoluxmasını hesablamaq üçün edilib.

Hesablamaya görə, eksperimentdə iştirak etmiş 2,5% - 4,2% insanda koronavirusa qarşı antikorun ola biləcəyi qənaətinə gəlinib: “Bu yayılma göstəriciləri aprelin əvvəlinədək 48 mindən 81 minədək insanın bu dairədə yoluxduğunu əks etdirir. Bu da dairədə qeydə alınmış yoluxma hallarının sayında 50-85 dəfə çoxdur”.

Araşdırmanın həmmüəllifi, Stenford Universitetinin professoru Cey Bhattaçarya CNN-ə müsahibəsində bu araşdırmanın ölüm halları barədə də gerçək təsəvvürü yarada biləcəyini vurğulayıb.

Onun sözlərinə görə, əgər yoluxanların sayı rəsmi statistikadan gerçəkdən də dəfələrlə çoxdursa, demək, koronavirusdan ölüm halları da proporsional olaraq güman ediləndən azdır.

Paylaş »
››› Almaniyadan deportasiya olunan azərbaycanlılar Bakıya gəlib çıxmadı
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Van Dammın oğlu azərbaycanlı qızla evləndi - Foto
››› Travmatologiya xəstəxanasında Qarabağ qazisini döyüblər - Video
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› “Putinin əl-qol açmasının səbəbi Qərbin maymaq liderləridir”
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »