Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Google” öz prosessorlarını hazırlayacaq

“Google” özünün prosessorunda işləyən smartfon və noutbuklar istehsal etməyə hazırlaşır.

Bu barədə “Axios” nəşrinə şirkət daxilindəki mənbə məlumat verilib.

Bildirilir ki, prosessor 2021-ci ildə hazır ola bilər. İnsayderlərin məlumatına əsasən, bu addım Amerika şirkətinə “Apple”la daha yaxşı rəqabət aparmağa kömək edəcək.

Bununla yanaşı, “Google” özünün aktual devayslarında istifadə etdiyi “Qualcomm” şirkətinin məhsullarından imtina edəcək.

Mənbə qeyd edib ki, gələcək prosessora “Whitechapel” kod adı verilib və o, “Samsung” şirkəti ilə birlikdə 5-nanometrli texprosessoru əsasında hazırlanacaq. Proqnozlara əsasən, prosessorlar 2021-ci ildə “Pixel” smartfonlarında istifadə olunacaq, gələcəkdə isə “Chromebook” noutbuklarınıın komplektasiyasına daxil ediləcəklər.(oxu.az)

Paylaş »
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib
Son xəbərlər
Bütün xəbərlər »