Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Hər bir vətəndaşın ürəyində yeriniz var”

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir. Həmin məktublardan daha bir neçəsini diqqətinizə çatdırırq.

Tərlan Nəsirovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Bəşəriyyət koronavirusun yaratdığı qlobal problem ilə üz-üzədir. Pandemiya bizim ölkəmizi də sınağa çəkib. Bu çətin zamanda Azərbaycanda vəziyyətin nəzarət altında olması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir illik əməkhaqlarınızı həmin fonda ianə etməyiniz, pandemiyanın ölkə iqtisadiyyatına təsirinin azaldılması üçün maliyyə vəsaitinin ayrılması və həssas təbəqənin də maddi təminatı ilə bağlı göstərişiniz, qısa müddət ərzində yerli tibbi maska istehsalına başlanılması Sizin müdrik rəhbərliyinizin, uğurlu siyasətinizin nəticəsidir.

Cənab Prezident, dövlətimizin beynəlxalq ictimaiyyətlə həmrəyliyinin nümunəsi olaraq, koronavirus pandemiyasının geniş yayıldığı ölkələrin musiqisi ilə bayraqlarını proyeksiya halında ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan, dünya memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirməsi, Sizin “Biz birlikdə güclüyük!” ifadəniz, Mehriban xanım Əliyevanın koronavirus infeksiyası ilə bağlı əziz həmvətənlərimizə müraciəti bir daha bunu əks etdirir ki, ən gözəl xüsusiyyətlərlə sabaha, xoş ümidlərlə rifaha doğru addımlayırıq.

Əziz Prezidentimiz, inanırıq ki, bu çətin günlərimiz tezliklə geridə qalacaq. Biz Sizə güvənirik, biz Sizinlə fəxr edirik və hər zaman Sizin yanınızdayıq. Sizə bu şərəfli yolda yeni uğurlar diləyirik. Ulu Tanrı Sizi və ailənizi qorusun.

Dərin hörmət və ehtiramla,

Nəsirov Tərlan Rais oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

Zamin Qarayevdən, Sabirabad, Azərbaycan

Cənab Prezident,

Yer kürəsini cənginə almış koronavirus pandemiyasının dünya ölkələrinə vurduğu zərərin miqyası hər kəsə məlumdur. Bu baxımdan, Azərbaycanın bu bəladan daha az ziyan, daha az itki ilə çıxması üçün gördüyünüz qabaqlayıcı tədbirlər alqışa layiqdir.

Pandemiya ilə əlaqədar ölkəmizdə həm səhiyyə, həm sosial, həm iqtisadi, həm də təhlükəsizlik sahəsində atılan addımlar vətəndaşlarımızda böyük ruh yüksəkliyi yaratmış, rəhbərinə inamı daha da artırmışdır.

Mən bütün sabirabadlılar adından və şəxsən öz adımdan buna görə Sizə dərin təşəkkürümü bildirir, “Çox sağ olun!” deyirəm.

Sizinlə qürur duyuruq, cənab Prezident.

Hörmətlə,

Qarayev Zamin Nizami oğlu

Azərbaycan Respublikası, Sabirabad rayonu.

Azərbaycan Respublikası, Bakı şəhəri.

Hüseyn Məhərovdan, Naftalan, Azərbaycan

Möhtərəm cənab Prezidentimiz.

Sizin yorulmaz əməyiniz sayəsində bu gün ölkəmizdə vəziyyət faciəvi şəkil almadı. Yoxsa biz də başqa ölkələrdə olduğu kimi ağır vəziyyətə düşə bilərdik.

Sizin tapşırığınızla respublikamızın bütün bölgələrində, o cümlədən Naftalan şəhərində bu yoluxucu xəstəliyə qarşı təxirəsalınmaz ciddi mübarizənin aparılması nəticəsində artıq ölkəmizdə koronavirus infeksiyasından sağalanların sayı yoluxanların sayını üstələyib. Həmçinin bununla bərabər bu dövrdə işləməyən, yaşı 65-dən yuxarı, tənha və aztəminatlı ailələrin sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşdırılmasını, sahibkarlara dəstək göstərilməsini xüsusi diqqətdə saxladınız.

Çox hörmətli cənab Prezidentimiz, bütün bu işlərə görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Sizə uzun ömür, cansağlığı, Vətən və xalq naminə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Uca Yaradan günbəgün qüdrətlənən müstəqil Azərbaycanımızı, xalqımızı, Sizi və ailənizi qorusun.

Dərin hörmətlə,

Məhərov Hüseyn Xanlar oğlu

Azərbaycan Respublikası, Naftalan şəhəri.

Nurcan Rzayevadan, Şirvan, Azərbaycan

Çox hörmətli cənab Prezidentimiz.

Mən əminliklə deyə bilərəm ki, bütün Azərbaycan uşaqları Sizi sevir. Siz bu çətin günlərdə bütün məktəblilərin dostu oldunuz. Bizim hər birimizi xəstəlikdən qorudunuz. Mən gələcəkdə həkim olmaq istəyirəm. Bütün insanların sağlamlığının qayğısına qalmaq istəyirəm. Vətənimizi, elimizi qorumaq istəyirəm. Kaş ki, Sizin kimi Vətəninə bağlı bir Azərbaycan vətəndaşı ola biləydim. İnşallah, arzularıma çataram. Sizin xeyir-duanızla Sizin rəhbəri olduğunuz bir dövlətdə bu gün möcüzələr yaradan həkimlərimiz kimi insanların sağlamlığının keşiyində dayanaram. Sonda bilməyinizi istəyirəm ki, bizim sağlam ruhda böyüməyimizin səbəbkarı Sizsiniz. Allah Sizi qorusun.

Hörmətlə,

Rzayeva Nurcan Rövşən qızı

Azərbaycan Respublikası, Şirvan şəhəri.

Şahin Bəylərovdan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmaması üçün tərəfinizdən operativ və təxirəsalınmaz qərarların qəbul edilməsinin, o cümlədən zərər çəkən sahibkarlara, muzdla işləyənlərə, maddi imkanı zəif olanlara yardım edilməsi məqsədilə böyük məbləğdə maliyyə vəsaitinin ayrılmasının və çoxsaylı digər tədbirlərin nəticəsidir ki, ölkəmiz bu xəstəliklə mübarizədə müsbət göstəricilərə nail olub. Hətta Azərbaycanın koronovirusla mübarizə üsulunun digər ölkələrə nümunə göstərilməsi bizdə qürur hissi yaratmışdır.

Cənab Prezident, ölkə vətəndaşlarının hər birinə göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizi və xalqımızı qorusun.

Dərin hörmətlə,

Bəylərov Şahin Baloğlan oğlu

Azərbaycan Respublikası, Ağdam rayonu.

İzzət Rüstəmov və Rəfiqə Rüstəmovadan, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Sizin Azərbaycan xalqının rifahı və səadəti, əmin-amanlığı və təhlükəsizliyi naminə gecə-gündüz yorulmaq bilmədən apardığınız çoxşaxəli, təmkinli və müdrik siyasətinizi ürəkdən bəyənirik, Sizə bu yolda böyük əzmkarlıq və yeni uğurlar arzulayırıq.

Əziz Prezidentimiz, Siz böyük, dahi siyasətçi, müasir Azərbaycanın memarı ulu öndər Heydər Əliyevin yolunu uğurla və müdrikcəsinə davam etdirərək Azərbaycanı sürətli inkişaf yoluna çıxartdınız. Qlobal dünya ilə yaratdığınız ətraflı əlaqələr sayəsində dünya Azərbaycana can atır, milyonlarla insan ölkəmizə gəlmək arzusundadır və Sizə hörmət bəsləyirlər. Sizin Azərbaycanda həyata keçirdiyiniz iqtisadi islahatlar, kadr dəyişikliyi, idarəetmənin daim təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, Azərbaycan xalqı tərəfindən bəyənilir və müdafiə olunur.

Əziz Prezidentimiz, koronavirus pandemiyasına qarşı apardığınız məqsədyönlü mübarizə, həyata keçirdiyiniz tədbirlər, o cümlədən karantin rejiminin tətbiqi, koronavirusun müalicəsi ilə məşğul olan xüsusi xəstəxanaların yaradılması, lazımı tibbi ləvazimatın əldə edilməsi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir. Bunun ən yüksək qiymətini isə xalq Sizə “Çox sağ olun” deməklə verir.

Hörmət və ehtiramla,

Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun atası, fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov və anası Rəfiqə Rüstəmova

Rauf Quluzadədən, Tovuz, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycan xalqının bu çətin günlərində hər bir vətəndaşın sağlamlığının qayğısına qaldığınız üçün Sizə ailəmiz adından təşəkkür edirəm. Mənim bir balaca oğlum var. O deyir ki, mən hamıdan çox Prezidentimizə inanıram, onu hamıdan çox istəyirəm. Bu onu göstərir ki, Sizin hər bir vətəndaşın ürəyində xüsusi yeriniz var.

Bu çətin günlərdə Allah Sizə və Sizinlə bərabər zəhmət çəkənlərin, vətən keşiyində duranların köməyi olsun.

Hörmətlə,

Quluzadə Rauf Musa oğlu

Azərbaycan Respublikası, Tovuz rayonu, Yanıqlı kəndi.

İlkin Şirinovdan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bu ağır günlərdə Sizə bu məktubu yazmağı özümə borc bildim. Sizə olan istək və hörmət qəlbimin dərinliyindən gələn səmimi hisslərdir. Bütün dünyanın bu dəhşətli pandemiyanın qarşısında diz çökdüyü bir dövrdə Siz məğrurluqla xalqımızın sağlamlığının, həyatının və təhlükəsizliyinin keşiyində durmusunuz. Buna görə Sizə necə təşəkkür edəcəyimi bilmirəm. Siz xalqın xilaskarı və qoruyucususunuz.

Mən və yaxınlarım daim fəxrlə deyirik: nə yaxşı ki, varsınız, bizimləsiniz, xalqın əsl qəhrəmanısınız, cənab Prezident.

Hörmətlə,

Şirinov İlkin Səxavət oğlu

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

Flora Vəliyevadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Biz – şəhid ailələri və məcburi köçkünlər həmişə Sizin qayğı və diqqətinizi hiss etmişik. Dünyanın belə bir bəlaya düçar olduğu bu günlərdə Sizin necə güclü bir dövlət başçısı olmağınız pandemiyaya qarşı apardığınız mübarizədə özünü bir daha aşkar büruzə verdi. İndi dünyanın bir sıra ölkələri Azərbaycanın koronavirusla mübarizə təcrübəsindən bəhrələnir.

Sizin “Biz birlikdə güclüyük!” çağırışınız bütün azərbaycanlıları ayağa qaldırdı. Doğrudan da biz birlikdə güclüyük.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa müraciəti bir daha sübut etdi ki, Azərbaycan vətəndaşının sağlamlığı Sizlər üçün nə qədər önəmli məsələdir.

Mən və Saleh Poladi adına 159 nömrəli tam orta məktəbin kollektivi Sizin apardığınız siyasəti tam dəstəkləyir, bu çətin yolda Sizə cansağlığı arzulayır, Sizinlə birlikdə olduğumuzu bildiririk.

Fəxr edirik ki, Sizin kimi güclü dövlət başçımız var. Uca Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə,

Vəliyeva Flora Dilavər qızı

Azərbaycan Respublikası, Bakı şəhəri.

Vüqar Əhmədovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Ali Baş Komandan.

Sizi salamlayır və bu məktubumda Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Dünyanı bürüyən bu ağır xəstəlik dövründə, çətin iqtisadi dövrdə xalqın yanında olmağınız, məni bir sıravi vətəndaş kimi çox qürurlandırdı. Bununla yanaşı öncədən düşünülmüş iqtisadi, siyasi addımlarınız bu gün ölkəmizdə normal həyat sürməyimizə imkan yaradır.

Gördüyünüz bütün işlərə görə çox sağ olun, cənab Prezident. Bütün ailəmiz adından Sizə minnətdarıq. Yaxşı ki, varsınız. Nə yaxşı ki, bu ölkənin Prezidenti Sizsiniz.

Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Əhmədov Vüqar Rizvan oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi.

Ceyhun Əmiraslanovdan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Hazırda bəşəriyyət üçün əsl faciəyə çevrilən koronavirus pandemiyasına qarşı mübarizədə xalqımız Sizin və Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq birlik, həmrəylik nümayiş etdirdi.

Əminik ki, Sizin sayənizdə bu bəlaya qalib gələcək, hazırkı ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq. Artıq zəhmətinizin nəticəsi olaraq ölkəmizdəki mənzərə vəziyyətin yaxşılığa doğru getdiyini göstərir.

Əziz Prezidentimiz, Sizə və ailə üzvlərinizə uzun ömür, cansağlığı arzulayırıq. Ulu Tanrı Sizin rəhbərliyiniz altında doğma Azərbaycanımıza daim xoş günlər və tərəqqi qismət etsin.

Dərin ehtiram hissi ilə,

Əmiraslanov Ceyhun Xanlar oğlu

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.

Ramil Yariyevdən, Cəlilabad, Azərbaycan

Əziz və hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının çiçəklənib güclənməsində Sizin çox böyük əməyiniz vardır. Siz Azərbaycanın haqq səsini hər zaman yüksək tribunalarda səsləndirib üçrəngli bayrağımızı ən uca zirvələrdə dalğalandırmısınız. Biz Yariyevlər ailəsi daim Sizin yürütdüyünüz daxili və xarici siyasəti bəyənmişik və dəstəkləyirik. Hər zaman Sizin yanınızda olaraq, Sizinlə birgə bu dövlətə, xalqa xidmət etməyi özümüzə borc bilmişik.

Bu gün dünyanı cənginə alan koronavirus bəlasına qarşı yubanmadan, təxirəsalınmaz addımlar atmağınız və eyni zamanda öz xalqınızın qayğısına qalaraq çox ciddi göstərişlər verməyiniz bizi olduqca sevindirir. Sizinlə qürur duyuruq.

Yaşasın Azərbaycan və onun müdrik Prezidenti İlham Əliyev.

İnanıram ki, Sizin köməyiniz nəticəsində biz birlikdə bu çətinliyin də öhdəsindən tezliklə gələcəyik.

Cənab Prezident, Sizi əmin edirəm ki, daim Sizin yanınızda olaraq bütün tapşırıqlarınızı dərhal və məsuliyyətlə yerinə yetirəcəyik. Allah amanında qalın.

Hörmətlə,

Yariyev Ramil Sadiq oğlu

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Üçtəpə kəndi.

Paylaş »
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› “Azərbaycan qüvvələri geri çəkilmək fikrində deyil” - Aram Melkonyan
Son xəbərlər
Bütün xəbərlər »