Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Karantinə görə mənzilin içində 42 km qaçdı

Koronavirusa görə dünyanın əksər ölkələrində karantin rejimi tətbiq olunub. İnsanlar hətta idman zallarına, stadionlara da gedə bilmir.

Bizimyol.info xəbər verir ki, Türkiyədə bir nəfər karantin günlərində evdə marafon qaçmaq qərarına gəlib. Sinopda yaşayan Həsən Kabal mənzilin içində 42 km məsafə qət edib. Türk müəllim bunun üçün 2100 dövrə vurmalı olub.

Həsən Kabal üçün marafonu həyata keçirmək asan alınmayıb. Bunun üçün mənzildə yetərincə rahatlıq olmadığını görüb. Qonaq otağından dəhlizə qaçıb qayıtmağın 20 metri əhatə etdiyini dəqiqləşdirib. Beləcə, 4 saat 32 dəqiqə ərzində 42 km məsafəni qaça bilib.

Koronavirus keçən ilin dekabrında Çinin Vuhan şəhərində meydana çıxmışdı. Dünyanın əksər ölkələrində infeksiya aşkar olunub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada təxminən 2,23 milyon insan virusa yoluxub. Ölənlərin sayı 150 mini keçib.

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› “Lavrovun Bakı səfərində bu məsələ aktual olacaq” - Bir neçə diversantın azad olunması reallaşa bilər
Son xəbərlər
Bütün xəbərlər »