Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qan puluna görə bacı-qardaşlar arasında dava

Tərtər sakini Ramiz Cuquyev 1994-cü ilin iyununda Qarabağ döyüşlərində şəhid olub.

Ötən il dövlət şəhid ailələrinə 11 min manat birdəfəlik ödəmə eləyəndə bu məbləğ R.Cuquyevin yaxınlarına da verilib. El arasında “qan pulu” adlanan həmin 11 min manata görə şəhidin bacı-qardaşları arasında dava düşüb. Onlar hətta məhkəməlik olublar.

Bu barədə “Bizimyol.info”ya məlumat verən mənbə deyir ki, Cuquyevlər ailəsi Tərtər rayonunun Sarov kəndindəndir. Şəhidin valideynlərinin hər ikisi vəfat edib. 11 min manat qardaşı Siyavuş Cuquyevə ödənilib. Digər bacı-qardaşlar həmin pulun aralarında bölüşdürülməsini istəsələr də, Siyavuş Cuquyev razılaşmayıb. Ona görə də 4 bacısı və 4 qardaşı onu məhkəməyə verib.

Tərtər rayon Məhkəməsi Siyavuş Cuquyevdən 8800 manatın alınıb, 8 iddiaçının hər birinə 1100 manat ödənilməsi barədə qərar çıxarıb. Cavabdeh qardaş bu qərardan narazı qalaraq, apellyasiya şikayəti verib. O, məhkəmədə deyib ki, bütün bacı-qardaşları onun vərəsəlik şəhadətnaməsini almasına razılıq verib, aldığı puldan da pay istəməyiblər. O da əlindəki pulu qardaşı Rasim Cuquyevə borc verib. Bilsəydi ki, bacı-qardaşları sonradan pulu tələb edəcəklər, borc verməzdi. Hazırda isə tələb olunan pul yoxdur.

Rasim Cuquyev isə qardaşının dediklərilə razılaşmır. Bildirir ki, ondan borc pul almayıb. Onun sözlərinə görə, Siyavuş Cuquyev 11 min manatı alıb, bacı-qardaşlar arasında bölməliydi. Onlar da bu şifahi razılaşma ilə notarial qaydada ərizə veriblər. Həmin ərizə əsasında pulu Siyavuş Cuquyev alıb: “Lakin o, bizi aldatdı. Pulu istəyəndə müxtəlif bəhanələrlə vermədi. Qardaşımız Ramiz şəhid olub və onun qan pulu bütün vərəsələr arasında bərabər paylarla bölünməlidir”.

Onu da qeyd edək ki, qardaşlardan biri Mürşüd Cuquyev bu işə Tərtər rayon Məhkəməsində baxılanda öz payından imtina edib, ona düşən 1100 manatı qardaşına verib. Digər 8 nəfər isə pulunu tələb edib.

Apellyasiya Məhkəməsi də Siyavuş Cuquyevin şikayətini təmin etməyib, onun 8 bacı-qardaşın hər birinə 1100 manat ödəməsi barədə Tərtər rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Paylaş »
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› Azərbaycan 44 saata Qarabağın dağlıq hissəsini terrorçulardan təmizləyə bilər
››› Hansı bizə daha yaxındır: Fələstin, yoxsa İsrail...
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Ermənistanda vəzifəli şəxslər həbs edilib
››› Ceyhun Bayramov və Lavrovun görüşünün təfərrüatı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »