Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Biz Sizinlə birlikdə güclüyük”

Azərbaycan vətəndaşlardan dövlət başçısına gələn məktublarda belə yazılır

Bu gün – aprelin 17-də də Prezident İlham Əliyevin ünvanına vətəndaş məktubları gəlməkdə davam edib.

Bakıdan şəhid anası Lətifə Novruzova yazır: “Hazırda Yer kürəsinin 200-dən çox ölkəsinə yayılan COVID-19 pandemiyası ölkəmizdən də yan keçmədi. Lakin Sizin uzaqgörən siyasətinizin, hadisələri günün 24 saatı ərzində nəzarətdə saxlamağınızın nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında Azərbaycan bu xəstəlikdən ölüm sayına görə sonuncu pillələrdədir. Bu xəstəliyə düçar olmuş vətəndaşlarımızın Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə bütün səhiyyə ocaqlarında yaradılmış şəraitdən, tibb işçilərimizin xidmətlərindən razılığı bir daha onu göstərir ki, Sizin rəhbərliyiniz və düzgün siyasətiniz sayəsində biz tezliklə bu pandemiya dövrünü geridə qoyacağıq. Siz hər zaman vətəndaşların yanında olub onların sevincinə də, kədərinə də şərik çıxırsınız. Biz şəhid anaları da inanırıq ki, Sizin rəhbərliyinizlə bu çətin günlərdən alnıaçıq, üzüağ çıxacağıq”.

Ağdamdan Vaqif Məmmədov, Nüsrət Anafov, Mehriban Əliyeva Prezidentə yazırlar: “ Sizin tapşırıq və tövsiyələrinizə qulaq asan insanlarımız “Evdə qal!” çağırışına qoşulublar. Bununla yanaşı, belə bir şəraitdə dövlətimiz tərəfindən bizə göstərilən maddi və mənəvi dəstəyə görə Sizə dərin təşəkkürümüzü bildiririk”.

Sumqayıtdan Laçınlı köçkün Murad Eyvazov yazır: “Qarabağ qaziləri hər zaman Sizin diqqət və qayğınızla əhatə olunublar. Bütün dünyanın üzləşdiyi pandemiya dövründə Siz biz əlilləri, veteranları da unutmur və biz hər zaman qayğınızı hiss edirik. ... Laçın rayonundan olan Qarabağ qaziləri adından Sizə minnətdarlığımızı bildirirəm. Biz keçmiş döyüşçülər hər zaman Sizin əmrinizə müntəzirik”.

Gəncədən təqaüdçü Fazil Nəbiyevin məktubundan: “Mən və ailəm Sizi daim dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Xalqımızın rifahının yaxşılaşdırılması üçün səylə çalışmağınız və yürütdüyünüz ardıcıl siyasət bizi fərəhləndirir. Hazırda koronavirus pandemiyası dünyaya və insanlığa meydan oxuyur. İnanırıq ki, məhz Sizin yorulmaz fəaliyyətiniz xalqımızı bu bəladan qoruyacaq və dövlətimiz qısa zamanda bu ağır sınaqdan üzüağ çıxacaqdır. Siz hər bir vətəndaşın sağlam qalması, ölkəmizin bu vəziyyətdən minimal itki ilə xilas olması üçün bütün imkanları səfərbər edirsiniz. İnanıram ki, tezliklə bu qara buludlar başımızın üstündən çəkiləcək və dövlətimiz Sizin müdrik rəhbərliyinizlə tutduğu inkişaf yolunu davam etdirəcəkdir”.

Yevlaxdan Knyaz Əliyev yazır ki, dünyada tüğyan edən, bəşəriyyətin bəlasına çevrilən COVID-19 pandemiyası “hər birimiz üçün böyük təhlükəyə çevrilib”,. Bütün dünya bu bəlaya qarşı mübarizəyə səfərbər olub: “Dünyanın inkişaf etmiş ölkələri nə qədər çalışsalar da, həm yoluxmanın, həm də itkilərin qarşısını almaqda aciz qalıblar. Sizin rəhbərliyinizlə ölkəmizdə virusla mübarizə işi çox uğurla həyata keçirilir. Tarixində ilk dəfə belə xəstəliklə üzləşən gənc, müstəqil ölkəmizdə görülən tədbirlər nəticəsində yoluxma və ölüm hallarının sayı dünyanın elmi-texniki cəhətdən inkişaf etmiş ölkələrindən dəfələrlə aşağıdır”.

Knyaz Əliyev daha sonra yazır: “Cənab Prezident, bu günlərdə modul tipli yeni xəstəxanaların tikilməsi haqqında imzaladığınız Sərəncam hər birimizin sevincinə səbəb oldu. Sizin rəhbərliyinizlə həyata keçirilən bu işlər vətəndaşlarımızın sağlam yaşamasına yönəlib. Hökumətin hər bir üzvü ona verilən tapşırığı dəqiq yerinə yetirir…Pandemiyanın ölkəmizdə yayılmasına qarşı atdığınız addımlara görə bir ağsaqqal kimi Yevlax sakinləri adından Sizə minnətdarlığımı bildirirəm”.

Bakıdan Səbuhi İsazadə yazır: “Hörmətli cənab Prezident. Dünya ölkələrindəki acınacaqlı vəziyyət hər kəsin gözü önündədir. İnkişaf etmiş ölkələrdə xaos, insan itkiləri vahimə yaradır. Ölkəmizdə isə Sizin sayənizdə sakitlik, həmrəylik, əmin-amanlıq, bolluq müşahidə olunur. Bütün bunlara səbəb Sizin daim ölkə vətəndaşlarını düşünməyiniz, vaxtında qətiyyətli təbirlər görməyinizdir. Cənab Prezident, var olun ki, həm kəndlinin, həm də sahibkarın, bir sözlə, hər bir vətəndaşın yanındasınız. Allah Sizi xəta-bəladan uzaq eləsin. Biz hər zaman Sizinləyik”.

Yenə Gəncə şəhərindən Vüsal Hüseynov və Azadil Hüseynova da Prezidentə minnətdarlıq edirlər: “Sizin bu ümumbəşəri bəlaya qarşı vaxtında verdiyiniz göstəriş və Sərəncamlar başqa ölkələrlə müqayisədə Azərbaycana az təsir göstərməkdədir. Siz daim Azərbaycan xalqının yanında olduğunuzu bir daha sübut etdiniz. Əziz Prezidentimiz, Sizin dediyiniz kimi, “Biz birlikdə güclüyük!”. Biz də deyirik ki, biz Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevlə daha güclüyük. Ölkəmizdə yaratdığınız əmin-amanlığa və biz vətəndaşlara göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz daim Sizinləyik”.

Gədəbəydən Əhməd Quliyev yazır: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan. Hazırda bir çox ölkələri öz ağuşuna alan pandemiya Azərbaycandan da yan keçmədi. Sizin müdrik və uğurlu siyasətiniz nəticəsində atılmış addımlar və görülmüş qabaqlayıcı tədbirlər sayəsində COVID-19-un ölkəmizdə geniş yayılmasının qarşısı alındı. İnanırıq ki, Sizin sayənizdə ölkəmiz bu bəladan minimum itki ilə çıxacaq. Belə çətin zamanda hər bir vətəndaş özünü dövlətin, Prezidentin himayəsində hiss etdi. Bunun bariz nümunəsi kimi, bu ay imzaladığınız fərman və sərəncamları xüsusi qeyd etmək lazımdır. Yaşı 65-dən yuxarı 176 məhbusun əfv edilməsi Sizin necə humanist Prezident olduğunuzu göstərir. İşsiz vətəndaşlara birdəfəlik ödəmələrin verilməsi və yaşı 65-dən yuxarı şəxslərə evdə xidmət göstərilməsi bir daha nümayiş etdirdi ki, sosial müdafiəyə ehtiyacı olan şəxslər dövlətin himayəsindədirlər. Cənab Prezident, bütün bunlara görə ailəmiz adından Sizə təşəkkür edirəm. Biz gənclər Sizinlə fəxr edirik və Sizi dəstəkləyirik”.

Bakıdan Sabir Əfəndiyev yazır: “Mən pensiyaçı babayam, yeddi nəvəm var, onlardan ikisi qardaş Türkiyədə təhsil alır. Onların atası, yəni oğlum Azərbaycan Ordusunun zabitidir. Ölkəmiz və dünyamız üçün bu çətin koronaviruslu günlərdə nəvələrim Türkiyədən xəbər verdilər ki, dövlətimiz onların hər birinə maddi yardım etmişdir. Bu xoş xəbərdən çox sevindim, fərəhləndim və böyük qürur hissi keçirdim, ürəyim dağa döndü. Allah da Sizi sevindirsin. …Prezident seçkilərində birmənalı olaraq Sizi dəstəkləmişəm və bir seçici olaraq Sizə səs vermişəm. Həmişə əmin olmuşam və bu gün bir daha təsdiqləndi ki, öz seçimimdə yanılmamışam. Siz, doğrudan da, ölkəmizin hər bir vətəndaşının qayğısına qalan layiqli Prezidentimizsiniz, Ali Baş Komandanımızsınız. Nəticələr göz qabağındadır. Biz yaxşı görürük ki, “mənəm-mənəm” deyən lider ölkələr dünyanı çulğamış koronavirus sınağında hansı vəziyyətdədirlər. Yalnız Sizin uzaqgörənlik, yüksək təşkilatçılıq, hər bir məsələyə ciddi yanaşmaq bacarığınız, eləcə də bizim sevimli Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın xalqımıza ana qayğıkeşliyi sayəsində Azərbaycanımız ağır bəlalara düçar olmamışdır”.

Qazaxdan təqaüdçü Yusif Yusifov yazır ki, yerlərdə əhalinin sosial müdafiəsinə yönəlmiş planlar layiqincə icra olunur, nəticədə hər bir ailə dövlətin sosial qayğısını öz üzərində hiss edir. Qazax rayonunda aidiyyəti qurumlar koronavirusa qarşı mübarizəyə səfərbər edilib, imkanı olan şəxslər aztəminatlı ailələrə yardım göstərirlər: “Rayonumuzun ağsaqqalları, ziyalıları adından Sizə, nəcib işləri ilə xalqın sevimlisinə çevrilmiş Mehriban xanıma minnətdarlığımızı bildirir, Siz başda olmaqla ailənizə cansağlığı, qarşıya qoyulmuş hədəflərə çatmaq istiqamətində fəaliyyətinizdə uğurlar arzu edirəm”.

Eləcə də, Bakıdan Güldanə Babaşova, Xəyalə Məcidova, Sabutay Hacıyev, Nəzrin Teymurova, Famil İbrahimov, Samirə Məhərrəmova, Göyçaydan İrşad Abbasov və Sahil Hüseynov, Ağdamdan Gülarə Əzimova və Qədir Cəfərov, Şamaxıdan Emin Rzayev, Ağdaşdan Nurlan Qəribov, Naxçıvandan Rəsul Zülfüqarov və başqaları da öz məktublarında Prezidentə minnətdarlıq edirlər, dövlətin aztəminatlı və pandemiyadan zərər çəkən insanlara qayğısını, apardığı siyasəti yüksək qiymətləndirirlər.

Paylaş »
››› ABŞ Rusiyaya qalib gəldi : "Paşinyan Moskvanın vasitəçiliyini qəbul etməyəcək"
››› Oleq Kuznetsov: “Rusya Təhlükəsizlik Şurasının iclası çağırılacaq.., Azərbaycan güc nümayiş etdirəcək”
››› Kuznetsov: “Rusiya mətbuatı ermənilərə satılıb”
››› Türkiyə milli komandasının futbolçuları Bakıda niyə dava salıblar...
››› German Kulikovski: “Ermənistan Qərbə yönələcək, Rusiya Qarabağdan çıxarılacaq”
››› Paşinyan təkbaşına hökumət qurmaq imkanı qazandı
››› “Paşinyan anlayır ki, Rusiya və İran ölkəni faktiki işğal edib”
Son xəbərlər
Bütün xəbərlər »